Post #3522
159

Hicabın tariximizdəki yeri
Hicabın və ya örtünməyin tariximizdəki yerini araşdırdıqda hələ bizə açıqlanmayan, bəlkə də gizlədilən bəzi faktlar ortaya çıxır. Olyarius, Səfəvi dövründə qadınların geyimi haqqında yazır ki, Səfəvilər dövründə qadınlar evdən çıxdıqları zaman üzlərini kişilərə göstərmir və başlarına bütün bədənlərini topuqlarına qədər örtən ağ çadra salırdılar.
Müxtəlif dövrlərdə İrana səfər edən səyyahlar da eyni fikirləri bölüşürlər. Məsələn Şirli qardaşlarının səyahətnaməsində belə yazılır: “Qadınlar, başlarına çadra və rübənd salırlar. Belə ki, günəş heç vaxt onların üzlərinə düşmür.”
Dellavelli yazır ki, Qəzvin küçələrində varlı qadınlar dəbdəbəli və bahalı parçalardan tikilən çadralardan istifadə etdikləri halda, üzlərini heç vaxtı göstərmirlər.
Bu dövrün gəlin geyimləri o qədər örtülü olub ki, Səyyahlar onlar haqqında geniş məlumat verə bilməyiblər. Şarden yazır ki, “Gəlin tamamilə hicab içində olur. Bundan əlavə, başına qızıl sapla toxunmuş zərbaft parçadan, qızılı taftadan və ya ipək parçadan hazırlanmış, büzməli və ya qırçınlı bir çadra salır. Bu çadra belinə qədər enir və onu elə tamamilə örtür ki, ən iti gözlər belə onu görə bilmir. Heç kim heç bir şəkildə onun görünüşünü, bədən quruluşunu və boy-buxununu müəyyən edə bilmir. İnsanlar deyirlər ki, bu cür gizlənmənin səbəbi gəlinin paxıl insanların və rəqiblərinin bəd nəzərindən, sehr və cadu təsirindən qorunmasıdır.”
Araşdırmaçılar dövrün mentalileti haqqında yazır ki, Səfəvilər dövründə hicab və geyim məsələsi xüsusi diqqətəlayiq idi. İranlı kişi üçün ən böyük təhqirlərdən biri kiminsə onun həyat yoldaşının üzünü görməsi hesab olunurdu.
Məlihe Təqəvi Bağan, Bərresi-ye Ənvay-e Puşeş sər-e mərdan və zənan dər doure Səfəvi, s, 67-68
Tərcümə və izah: Mirzə Əli Deyləm

- ❤ 13