TGViewer
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 @ar_rad_info · 25.2K subscribers
Post #148120 2.33K

Forwarded from Sionizmin Kölgəsində

🔯 Əli Əkbər Vilayəti: Hicablı şagirdlərin məktəbə buraxılmadığı Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının sammitinə necə ev sahibliyi edə bilər?

İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti İsrail Prezidenti İsxak Hersoqun 15 oktyabr 2026-cı ildə Bakıda keçirilən və Prezident İlham Əliyevin ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirakına Azərbaycanın münasibətini tənqid edib.

Vilayəti X sosial şəbəkəsində paylaşdığı açıqlamada Türkiyə nümayəndə heyətinin Hersoqun çıxışı zamanı zalı tərk etməsini İsrail prezidentinin Bakıda «isti qarşılanması» ilə müqayisə edib.

O yazıb:

“Türkiyə Hersoqun çıxışı zamanı AQEM sammitini tərk etdi. Bəs Bakı nə etdi?”

Vilayəti bu suala özü iki sözlə cavab verib:

“İsti qarşılama”.

Vilayəti, həmçinin hicablı şagirdlərin məktəblərə buraxılmaması və bəzi müəllimələrin hicablarını çıxarmadıqları təqdirdə dərs demələrinə icazə verilməməsi ilə bağlı məlumatlara istinad edərək Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti Zirvə Toplantısına ev sahibliyi etməsinin məqsədəuyğunluğunu sual altına qoyub.

O bildirib:

“Hicablı şagirdin məktəbə buraxılmadığı bir şəraitdə Azərbaycanın növbəti İƏT sammitinə ev sahibliyi etməyə uyğunluğu sual doğurur”.

Vilayəti sonda Bakıda baş verən hadisələrin müsəlman dünyasına aydın mesaj verdiyini vurğulayaraq məsələni belə bir seçim kimi təqdim edib:

“Öz imanını qorumaq, yoxsa Təl-Əvivlə dostluq etmək?”

✡️ Abunə olun
  • 👍 124
  • ❤ 17
  • 👏 6
  • 🥰 1
More from @ar_rad_info
  1. Oct 17, 2026🤲🏻 Şəhid Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri, müqavimət cəbhəsinin uğuru…
  2. Oct 16, 2026Audio Azərbaycan Araşdırma Mərkəzində Hz.Zeynəbin mövlud mərasimi keçirilib. Mərasimdə Şey…
  3. Oct 16, 2026Azərbaycan Araşdırma Mərkəzində Hz.Zeynəbin mövlud mərasimi keçirilib. Mərasimdə Şeyx Orxa…
  4. Oct 16, 2026❗️❗️❗️ Nardaran kəndində ruhani Kərbəlayi Ruhullah cuhud Əliyev rejimi tərəfindən həbs edi…
  5. Oct 16, 2026❗️❗️❗️ Nardaran kəndində məddah Məhəmməd cuhud Əliyev rejimi tərəfindən həbs edilib. Admin…
  6. Oct 16, 2026☄️Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı gəmilərə hücumlarla bağlı məlumatlar…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →