🔯 Sionist rejimin Prezidenti İshaq Hersoq İlham Əliyevlə görüşündən sonra paylaşım edib
“Bu gün Bakıda göstərdiyi səmimi qonaqpərvərliyə görə dostum, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.
Sizin rəhbərliyiniz altında Azərbaycan regionumuzda böyük hörmətə, etimada və nüfuza malik bir ölkəyə çevrilib.
Sionist rejim və Azərbaycan arasındakı mükəmməl münasibətlər qarşılıqlı hörmətə, ortaq maraqlara və xalqlarımız arasındakı dərin tarixi əlaqələrə əsaslanır.
Bugünkü görüşümüzdə hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə strateji münasibətlərimizi daha da dərinləşdirməyin yollarını müzakirə etdik.
Həmçinin regionda baş verən son hadisələri, eləcə də regional sabitlik və təhlükəsizliyin təmin edilməsinə dair ortaq öhdəliyimizi müzakirə etdik”.
✡️ Abunə olun
Post #147804
973
