TGViewer
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 @ar_rad_info · 25.3K subscribers
Post #146635 2.32K

Forwarded from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️MSTİM və Serbiyanın Hərbi-Texniki İnstitutu arasında görüş keçirilib

Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin (MSTİM) İdarə Heyətinin sədri Orxan Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyanın Belqrad şəhərində Hərbi-Texniki İnstitutun (Military Technical Institute – MTI) nümayəndələri ilə görüş keçirib.

Görüş çərçivəsində MTI-nin hüquqi strukturu və fəaliyyət istiqamətləri barədə geniş məlumat əldə olunub. Həmçinin institutun laboratoriyaları və sınaq mərkəzləri ilə ətraflı tanışlıq keçirilib.

Tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri və birgə fəaliyyət imkanları, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, MTI Serbiyanın Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi elmi-tədqiqat müəssisəsidir. 1948-ci ildə Belqradda yaradılan institut müdafiə və aerokosmik sahələrdə tədqiqat və inkişaf fəaliyyəti həyata keçirir, yeni silah sistemlərinin hazırlanması, eləcə də mövcud hərbi texnikanın modernləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

#Serbiya
#Azərbaycan

Abunə olun 🟢 Ar-Rad GA
  • 🤬 73
  • 🤔 2
  • ❤ 1
  • 👎 1
  • 🔥 1
More from @ar_rad_info
  1. Oct 14, 2026⚡️İran xarici işlər nazirinin müavini Qəribabadi AQEM sammitində iştirak etmək üçün Bakıya…
  2. Oct 14, 2026☄️Qərb mediası ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən: "İranın arsenalında hələ…
  3. Oct 14, 2026🔯 Sionist rejimin Prezidenti İshaq Hersoq İlham Əliyevlə görüşündən sonra paylaşım edib “…
  4. Oct 14, 2026🔯 Sionist rejimin Bakıdakı cəsus yuvasının rəsmi sosial hesbanın "7 Oktyabr Mərasiminin r…
  5. Oct 14, 2026☄️Oman sahilləri yaxınlığında, Hörmüz boğazında neft tankerlərinin hədəfə alınmasını əks e…
  6. Oct 14, 2026☄️Maraqlı hadisələr baş verir İlham Əliyev Cuhud rejiminin Prezidenti ilə görüşüb. Eyni za…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →