TGViewer
APA APA @apa_az · 21.7K subscribers
Post #128076 963
Media və Yayım Şurası: "Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur".

Siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir.

Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə “copy-paste” edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.

İran və Türkiyədən, xüsusilə “Telegram” və “TikTok” platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.
  • 👎 3
  • ❤ 1
  • 👍 1
  • 😁 1
More from @apa_az
  1. Oct 14, 2026🇦🇿🇫🇷 XİN Fransanın Azərbaycana qarşı ittihamlarını pisləyib • Xarici İşlər Nazirliyi F…
  2. Oct 14, 2026🇻🇳🇦🇿 Vyetnamın vitse-prezidenti AQEM-in 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Az…
  3. Oct 14, 2026🇺🇦 Xarkovda silahlı hücum: 5 hərbçi öldürülüb • Ukraynanın Xarkov vilayətində naməlum şə…
  4. Oct 14, 2026Məktəb siyasi çağırışların deyil, təhsilin məkanıdır. Təhsil ocağı uşaqlara bilik verməli,…
  5. Oct 14, 2026❗Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla…
  6. Oct 14, 2026🇷🇺🇦🇿 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gələcək. • Lavrov oktyabrın 15…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →