TGViewer
Channel ✦ Verified Channel
APA

APA

@apa_az

APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Subscribers
21.5K
Photos
40.2K
Videos
10.6K
Links
67.1K
Recent Posts 18 shown
Post #126715 70
🏛 Zahid Oruc bildirib ki, bir sıra dövlət qurumları, agentlik və komitələrdə aparılan islahatlar gözlənilən nəticəni vermir.

👥 Onun sözlərinə görə, təcrübəli əməkdaşların sürətlə dəyişdirilməsi qurumlar arasında əlaqə və koordinasiyanı çətinləşdirir.

🏥 Komitə sədri icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalara göndərişlərin azalmasını da tənqid edib və bunun vətəndaşlar üçün əlavə maneələr yaratdığını deyib.

🏘 Zahid Oruc daxili miqrasiyanın qarşısını almaq üçün bölgələrdə ipoteka, vergi güzəştləri, müəllim və həkimlər üçün daha yüksək ödənişlər təklif edib.

🌱 O, boşalan kəndlərə qayıdış proqramının hazırlanmasının vacib olduğunu vurğulayıb.
Post #126714 175
🇦🇿🇵🇰 Müdafiə naziri Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin rəhbəri feldmarşal Seyid Asim Munirə başsağlığı verib.

🔹 Başsağlığı Pakistanın Xayber-Paxtunxva əyalətində terrorçularla atışma zamanı 6 hərbçinin həlak olması ilə bağlıdır.

🔹 Zakir Həsənov həlak olanların ailələrinə başsağlığı verib, onların dərdinə şərik olduğunu bildirib.
Post #126713 219
💳 Sentyabrın 22-də respublika üzrə pensiyaların ödənişi tam yekunlaşdırılacaq.

▪️Həmin gün güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin də pensiyaları ödəniləcək.

🏦 Ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcək.
Post #126712 280
🇨🇳🇺🇸 Si Cinpin sentyabrın 23–25-də Donald Trampın dəvəti ilə ABŞ-a dövlət səfəri edəcək.

🤝 Liderlər Çin–ABŞ münasibətlərini, dünya sülhü və inkişafı ilə bağlı əsas məsələləri müzakirə edəcəklər.

💬 Çin XİN bildirib ki, tərəflər bu mövzular üzrə “dərin fikir mübadiləsi” aparacaq.
  • 🤝 2
  • ❤ 1
Post #126711 332
⚖️ Bakı Ağır Cinayətlər Məhkəməsində Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

👤 Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub.

📑 Məhkəmənin qərarı ilə cinayət işi baxışa təyin edilib.
Post #126710 462
🏛 Deputat Səyyad Aran Milli Məclis üzvlərinin səlahiyyətlərinin artırılmasını təklif edib.

🗣 O bildirib ki, vətəndaşların müraciətlərini dinləyən deputatların bir çox problemi həll etmək üçün real səlahiyyəti yoxdur.

🚰 Deputat xüsusilə rayonlarda yol, su və artezian quyuları ilə bağlı problemlərin illərlə həll olunmamasını tənqid edib.

👥 Səyyad Aran nazirlərin bölgələrdə keçirdiyi qəbulların təşkilinə də etiraz edərək, “əsl şikayəti olan insanların” bəzən qəbula düşə bilmədiyini deyib.

📌 “Bizə səlahiyyətlər verilməlidir”, – deyə deputat vurğulayıb.
  • 👌 3
  • 🤡 1
Post #126707 467
🔐 “X” platformasında məxfilik pozuntuları ilə bağlı müraciətlər artıq Azərbaycan dilində də qəbul edilir.

🇦🇿 Yardım Mərkəzində “Məxfilik pozuntuları olan məzmunu şikayət edin” bölməsinə Azərbaycan dili əlavə olunub.

📩 İstifadəçilər ad-soyad, “X” istifadəçi adı və e-poçt ünvanını qeyd etməklə müraciət göndərə bilərlər.

🛡 Məqsəd fərdi məlumatların qorunması və şikayət imkanlarının genişləndirilməsidir.
  • ❤ 1
Post #126706 489
🇷🇺🇺🇦 Rusiyanın Ukraynaya gecə hücumları: 1 ölü, 9 yaralı

💥 Kiyev, Zaporojye, Xarkov, Odessa və Kirovoqrad bölgələri zərbələrə məruz qalıb.

🏢 Zaporojye: ticarət mərkəzi və yaşayış binaları zədələnib.

🚆 Xarkov: dəmiryolu infrastrukturu və yaşayış binaları vurulub.

🔥 Odessa: dron hücumundan sonra anbarda güclü yanğın başlayıb.

🔴 Ukrayna XİN-in məlumatına görə, hücumlarda 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
  • 🤬 1
Post #126705 525
🚌 “Şamaxinka”da bəzi marşrutların dayanacaq yeri dəyişdirilir.

📍 130, 142, 500, 503 və 508 nömrəli avtobuslar mövcud dayanacaqdan çıxarılaraq “Azərbaycanfilm Kinostudiyası” dayanacağından istifadə edəcək.

🚏 “Şamaxinka”dakı dayanacaq isə sıxlığın azaldılması üçün 3 hissəyə bölünəcək və xüsusi nişanlarla işarələnəcək.

➕ Ərazidə sərnişin tələbatına uyğun olaraq əlavə avtobusların cəlbi və optimallaşdırma tədbirləri də davam etdirilir.
  • 👍 1
Post #126704 585
🚗 Deputat Arzuxan Əlizadə Milli Məclisdə keçirilən iclasa ilk dəfə gecikdiyini bildirib.

🗣 Onun sözlərinə görə, işə gecikmələr bəzən rəhbərliklə işçi arasında problem yaradır.

🚦 Deputat deyib ki, yollardakı tıxac problemini hələ də həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir.
  • ❤ 3
  • 👍 3
Post #126703 667
🕵️‍♂️ 2019-cu ildən itkin düşən Cəlilabad sakininin qətlə yetirildiyi müəyyən edilib.

👤 İstintaqa görə, Nadir Məmmədov 23 aprel 2019-cu ildə əvvəldən tanıdığı Ramiz Ələkbərov tərəfindən qisas məqsədilə boğularaq öldürülüb.

▪️Meyitin cinayəti gizlətmək üçün Masallının Təzə Alvadı kəndindəki evin həyətində istifadəsiz su quyusuna atıldığı bildirilir.

🚔 Ramiz Ələkbərov 20 sentyabr 2026-cı ildə saxlanılıb və cinayəti etiraf edib.

🦴 Quyuda aparılan qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkarlanıb.

⚖️ Fakt üzrə istintaq davam edir.
  • 😢 2
Post #126702 721
💥 Son sutka ərzində Rusiya ordusu Zaporojye vilayətinin 60 yaşayış məntəqəsinə 1003 zərbə endirib.

👥 Hücumlar nəticəsində 8 mülki şəxs yaralanıb.

🛩 Zərbələr zamanı aviasiya, artilleriya və müxtəlif tipli 752 PUA-dan istifadə olunub.
  • 😡 2
  • 👍 1
Post #126701 794
❗️❗️İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ istehsalı MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

ABŞ ordusu isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.
  • 👍 5
  • 🤔 2
Post #126700 929
💥 Hələbdə güclü partlayış

📍 Suriyanın Hələb şəhərinin cənubunda, əl-İys qəsəbəsi yaxınlığında Suriya ordusunun mövqeyində güclü partlayış baş verib.

💣 Partlayışların silah və sursat anbarında baş verdiyi bildirilir.
  • 🙏 4
  • 🤬 2
  • 👍 1
Post #126699 1.38K
❗️🇺🇦🇷🇺Ukrayna Silahlı Qüvvələri “Wildberries” və Ozon üçün yeni və ciddi problem yaradıb.

Bu dəfə Rusiyanın ən böyük e-ticarət platformaları satıcıların kütləvi məhkəmə iddiaları ilə üzləşib.

Son məlumatlara görə, 400 mindən çox satıcı zərər çəkib. Ümumi itkilərin 600–800 milyard rubla çatdığı təxmin edilir.
  • 👍 12
  • 👎 3
  • ❤ 1
Post #126698 1.4K
🇺🇸🇺🇦 Axios: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edib.

Vaşinqton bu hücumların qlobal yanacaq qiymətlərinin artmasına təsir etdiyini hesab edir.

Tramp və Zelenski çərşənbə axşamı Nyu-Yorkda görüşəcəklər.
  • 👎 9
  • 😁 2
Post #126697 1.37K
🇺🇸 “WSJ”: Tramp administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar hazırlayır

Məlumata görə, tədbirlər 6–7 aylıq keçid dövründən sonra BCM ilə əlaqəli əksər əməliyyatları qadağan edə və qurumun dollar sisteminə çıxışını məhdudlaşdıra bilər.

🔻Sanksiyaların Benyamin Netanyahu və Yoav Qallant barəsində həbs orderi verilməsindən sonra hazırlandığı bildirilir. Qərarın bu həftə qəbul oluna biləcəyi qeyd olunur.
  • 👍 3
  • 🤬 3
  • 🤔 2
  • ❤ 1
Post #126696 1.4K
🚨🚨🇮🇷 İran Hörmüz boğazı üzərində kəşfiyyat PUA-sının vurulduğunu açıqlayıb.

İran ordusunun məlumatına görə, axşam saatlarında boğaz üzərində “Orbiter” tipli pilotsuz uçuş aparatı aşkarlanıb.

🔻PUA hava hücumundan müdafiə sistemləri tərəfindən izlənildikdən sonra vurularaq məhv edilib.
  • ❤ 6
  • 👎 3
  • 👍 2
  • 😁 1
  • 👌 1
Older posts →

About this channel

How can I read @apa_az without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for APA: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does APA have?
APA (@apa_az) has 21.5K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does APA know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →