🏛 Deputat Səyyad Aran Milli Məclis üzvlərinin səlahiyyətlərinin artırılmasını təklif edib.
🗣 O bildirib ki, vətəndaşların müraciətlərini dinləyən deputatların bir çox problemi həll etmək üçün real səlahiyyəti yoxdur.
🚰 Deputat xüsusilə rayonlarda yol, su və artezian quyuları ilə bağlı problemlərin illərlə həll olunmamasını tənqid edib.
👥 Səyyad Aran nazirlərin bölgələrdə keçirdiyi qəbulların təşkilinə də etiraz edərək, “əsl şikayəti olan insanların” bəzən qəbula düşə bilmədiyini deyib.
📌 “Bizə səlahiyyətlər verilməlidir”, – deyə deputat vurğulayıb.
Post #126710
1.33K

- 🤡 5
- 👌 4
- 🙏 3