📢 Media və Yayım Şurası: Geyim qaydaları ilə bağlı sosial mediada koordinasiyalı manipulyasiya aparılır
Şuranın açıqlamasına görə, vahid geyim qaydaları bəzi dairələr tərəfindən siyasiləşdirilir, dini müstəviyə çəkilir və süni gərginlik yaradılır.
📱 Qurum oxşar paylaşımların və neqativ şərhlərin kütləvi yayılmasını, ictimai qaydanı pozmağa çağırışları xaricdən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyası kimi qiymətləndirib.
🔎 Vətəndaşlar və media istifadəçiləri manipulyativ məzmunu yoxlamadan yaymamağa çağırılıb.
Post #127993
2.35K

- 👎 14
- 👍 6
- ❤ 3
- 😁 1