🇦🇿 Milli QHT Forumu: Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti və milli sərvətidir
📌 Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrlə bağlı bəyanat yayıb.
▪️ Forum İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelinə qarşı informasiya kampaniyalarının aparıldığını bildirib.
▪️ Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsi və dini qarşıdurmaya çevrilməsi cəhdləri pislənilib.
▪️ Vurğulanıb ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına əməl olunması qanunvericiliyin tələbidir və dini dəyərlərə qarşı yönəlməyib.
📚 “Məktəblər dini təbliğat və ideoloji təsir məkanı deyil, elm, təhsil və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalıdır”.
🇦🇿 Forum bəyan edib ki, əsas meyar Azərbaycan Konstitusiyası, milli maraqlar və dünyəvi dövlətçilik prinsipləri olmalıdır.
Post #127922
1.19K
- 👎 15
- 👏 7