🌧️ Sabah Bakıda güclü yağış gözlənilir
Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq. Gecə bəzi yerlərdə yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış kəsiləcək.
🌡️ Temperatur gecə 14-17°, gündüz 19-21° isti olacaq.
🌧️ Rayonlarda da bəzi yerlərdə yağış, leysan və şimşək gözlənilir. Ayrı-ayrı ərazilərdə dolu düşə, yüksək dağlıq ərazilərdə qar yağa bilər.
🌡️ Temperatur gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacaq.
Post #127827
1.11K
- 👍 1
- 🙏 1
- 🆒 1