🚨 Astarada ağır qəza: keçmiş müəllim həyatını itirib
📍 APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Hamuşam kəndində baş verib.
🚗 1966-cı il təvəllüdlü Əlikram Ağayev idarə etdiyi “Niva” markalı avtomobillə torpaq yolda hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarına aşıb.
▪️ Ə.Ağayev hadisə yerində həyatını itirib.
🏫 Onun əvvəllər kənd məktəblərinin birində müəllim işlədiyi bildirilir.
Post #127640
1.56K
- 🙏 3
- ❤ 2