Türkiyəli tanınmış jurnalist və siyasi şərhçi Ardan Zentürk Azərbaycanla Türkiyə arasında son günlər başörtüsü məsələsi ətrafında aparılan müzakirələrə münasibət bildirib.
“Nə Azərbaycanda yaşayan türk milləti, nə də biz onlara öz daxili məsələlərinə fikir bildirəcək vəziyyətdə deyilik. Bunu bilib, ona görə hərəkət edək. Çünki Türk Dövlətlərinin daxili məsələlərinə müdaxilə başlayarsa, bunu toparlaya bilməyib, nəticədə ərəb dövlətlərinə dönərik. Bu da heç xoş bir şey olmaz. Tarix yazmış bir türk milləti olaraq bunu edərsək, ayıb olsun bizə”, - deyə o bildirib.
Post #127555
814
- 👏 4