Maşında qadına şiddət göstərən şəxs saxlanılıb
DİN-in məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb və hadisənin yanvarın 31-də Suraxanı rayonunun Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verdiyi müəyyən edilib.
▪️ Araşdırma zamanı N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub.
▪️ N.Azadlı təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
▪️ Cinayət işi üzrə istintaq tamamlanaraq məhkəməyə göndərilib.
Qeyd edək ki, Nicat Azadlının rəqqas olduğu bildirilir.
Post #127452
963

- ❤ 5
- 👍 2
- 🙏 1