🏺 Cəlilabadda qədim yaşayış məskəni aşkarlanıb
🔹 Cəlilabad rayonunun Təklə kəndi ərazisində elmə ilk dəfə məlum olan yeni arxeoloji abidə – “Oğlantəpə” yaşayış məskəni aşkar edilib.
🔹 AMEA Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyası tərəfindən aparılan araşdırmalar zamanı təpə üzərində yerləşən abidədə İlk Tunc dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb.
🔹 Təxminən 20 metr hündürlüyündə olan “Oğlantəpə”də saxsı qab fraqmentləri, daşdan hazırlanmış əşyalar və digər arxeoloji nümunələr tapılıb.
🔹 Arxeoloqlar bildirirlər ki, abidənin öyrənilməsi Muğan bölgəsində qədim yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə imkan verəcək.
Post #127258
910


- 👍 4
- ❤ 2
- 🙏 1