⚠️ Şuşada avtomobil tank əleyhinə minaya düşüb, xəsarət alan var
Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı baş verib.
📌Hadisə zamanı 1979-cu il təvəllüdlü Bakı sakini Bəxtiyar Bayramovun idarə etdiyi avtomobil keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Nəticədə Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Post #127210
1.34K
- 🙏 3