🎙Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonun APA-ya müsahibəsi
- Münaqişədən sonrakı bərpa və yenidənqurma Azərbaycanın prioritet məsələlərindən biridir. Azərbaycan hökuməti keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirir. Siz yaxınlarda Azərbaycanın azad edilmiş ərazilərinə səfər etmisiniz. Səfər zamanı əsas təəssüratlarınız nədən ibarət oldu və BMT-nin regionun bərpası, inkişafı və reinteqrasiyasına dəstək verməkdə rolunu necə görürsünüz?
✅ Əlbəttə, əsas vəzifə insanları geri qaytarmaq, Qarabağ və Şərqi Zəngəzuru tam yaşamaq üçün əlverişli vəziyyətə gətirmək və Azərbaycanın iqtisadiyyatına tam inteqrasiya etməkdir. Düşünürəm ki, bu proses gedir.
🔘 BMT baxımından bu prosesə bacardığımız qədər töhfə verməkdən məmnun olarıq. Çünki biz hökumətlə çox sıx əməkdaşlıq edirik və hökumətin bu sahədə uğur qazanmasını istəyirik.
MÜSAHİBƏ 👈
Post #126719
1.35K


- 👍 3
- ❤ 1
- 🙏 1