TGViewer
UDudaka UDudaka @ududaka · 7.13K subscribers
Post #251118 533

Forwarded from CSSC Baku

Azərbaycançılığın məqsədi – mütləq suverenlik

Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı həm daxili, həm də xarici siyasət məzmunlu bir çox kontekstdə maraq doğurdu. Şübhəsiz ki, çıxış proqram xarakteri daşıyırdı və dövlət başçısının Azərbaycanın yaxın onilliklər üçün inkişaf yoluna baxışını nümayiş etdirdi. Prezident İlham Əliyevin nitqi Azərbaycanın həm dövlət, həm də cəmiyyət kimi inkişafına dair doktrinal yanaşmanın əsas istiqamətlərini müəyyən edir.

Azərbaycan xalqının milli ideyası – Azərbaycançılıq Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. Azərbaycançılıq cəmiyyətin ümummilli məqsədlər ətrafında birləşməsini nəzərdə tutur və Azərbaycan Respublikasının bütün vətəndaşlarına, həmçinin başqa dövlətlərin vətəndaşı olub, etnik, dini və digər kimliyindən asılı olmayaraq eyni zamanda özünü azərbaycanlı sayan insanlara şamil edilir.

Azərbaycançılığın əsasları tarixi varislik, cəmiyyətin müxtəlif təbəqələrinin harmoniyası, dövlətin və cəmiyyətin xarici və daxili risklər qarşısında dayanıqlığı, təkamül yolu ilə inkişaf və dövlətçiliyin möhkəmləndirilməsi kimi üzvi sütunlar üzərində qurulub. Azərbaycan Respublikası əhalinin dini mənsubiyyətindən və hakim sülalələrin etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan ərazisində mövcud olmuş bütün dövlət quruluşlarının varisidir. Azərbaycançılıq XX əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində Azərbaycanın inkişafına dair forma və məzmun etibarilə radikal konsepsiyalara cavab olaraq yaranıb; Həmin konsepsiyalar bir tərəfdən ölkəni vətəndaş müharibəsinə, Ermənistanla münaqişədə ərazi itkisinə, iqtisadi tənəzzülə gətirib çıxardı, digər tərəfdən isə kimlik böhranı üçün şərait yaratdı.

Azərbaycançılıq alt-kimliklər (etnik, dini, cinsi və digər alt-kimlik formaları) üzərində siyasi xarakterli super-kimlik çətiri yaratdı. Azərbaycançılığın konstruktivliyi ondan ibarətdir ki, heç bir alt-kimlik çətir kimliklə konfliktə girmir, yəni Azərbaycançılıq nə forma, nə də məzmun etibarilə totalitar deyil. Azərbaycançılıq müasir milli dövlətin ideoloji konsepti kimi çıxış edir. Azərbaycançılıq cəmiyyətin parçalanmasına və təsir qruplarının formalaşmasına yönəlmiş xarici impulsların qarşısını almaq üçün resurslar yaradır. Vahid məqsədlər ətrafında birləşmə isə müstəqil, ardıcıl və prinsipial xarici siyasətin həyata keçirilməsinə imkan verir.

Müasir tarixi dövrdə Azərbaycançılıq milli ideyasının məqsədi barədə daha ətraflı saytımızdakı məqalədə: https://cssc.az/az/view/2/74
https://cssc.az Azərbaycançılığın məqsədi – mütləq suverenlik | CSSC Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı həm daxili, həm də xarici siyasət məzmunlu bir çox kontekstdə maraq doğurdu. Şübhəsiz ki, çıxış proqram xarakteri daşıyırdı və dövlət başçısının Azərbaycanın yaxın…
  • ❤ 21
  • 🤣 5
  • 👏 3
  • 🥱 1
More from @ududaka
  1. Oct 14, 2026Хиджаб в школе и в общем инфопространстве Баку, Анкары и Тебриза Азербайджан и Турция: хид…
  2. Oct 14, 2026🇮🇶🇹🇷 Ирак рассчитывает добиться вывода турецких войск за 2–3 месяца Пресс-секретарь пр…
  3. Oct 14, 2026🇦🇿🌐 От имени Президента Азербайджанской Республики Ильхама Алиева был дан ужин в честь…
  4. Oct 14, 2026🇺🇸🇬🇱 Трамп объявил о подготовке масштабной разведки нефти, газа и полезных ископаемых…
  5. Oct 14, 2026🇮🇱🇧🇭 Президент Израиля встретился с главой МИД Бахрейна в Баку Президент Израиля Герцо…
  6. Oct 14, 2026🇦🇿🇺🇿🇹🇯 Президет Азерайджана провел встречи с коллегами из Узбекистана и Таджикистана…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →