Mən adətən anım günündə bir poster paylaşıb bir iki sətir yazmaqla kifayətlənirəm, çünki zənnimcə kifayət qədər bu haqda yazanlar və danışanlar var, mənə ehtiyac qalmır. Lakin bu gün, indiki yaranmış vəziyyətdə, 27 sentyabr 2020 və 2026 retrospektivdə baxmağa və bu günü bir daha analiz etməkdə fayda var məncə.
Birinci onu qeyd edim ki, müasir Azərbaycan tarixini mənim fikrimcə iki mərhələyə bölə bilərik 27 sentyabr 2020 dən əvvəl və sonra. O gün başlayan hərbi əməliyyatlar, “lazım gələrsə” məsələsinə aydınlıq gətirdi, “Lazım gəldi” çünki vaxt yetişdi və ideal geosiyasi və reqional konfiqurasiya + Azərbaycan ordusunun gəldiyi nöqtə bu imkanı yaratdı. Nəticədə 2020 ci il 27 sentyabrda başlamış vətən müharibəsi ardından 2023 ün sentyabrını gətirdi və “Allah eləsin gələn il Şuşada qeyd edək, Şuşada qarşılayaq, Xankəndində görüşək” sözlərini birdəfəlik tarixə qovuşdurdu. Lakin hər şeyin qiyməti olduğu kimi, qələbənin də, müstəqil olmağın da qiyməti var və Azərbaycan bu qiyməti ödədi, şəhidlərimizin canı ilə, həlak olmuş mülki vətəndaşlarımızın həyatı ilə. Qələbənin həm də maddi, mənəvi və siyasi qiymətləri var onu da Azərbaycan ÖDƏDİ VƏ ÖDƏYİR! Odur ki, bu qələbənin şərikləri Azərbaycan xalqıdır, Azərbaycan ordusu və onun Ali baş komandanldır, Azərbaycan xüsusi xidmət orqanları və diplomatiyasıdır və bir çox adı çəkilməyən, xidmətləri geniş ictimaiyyətə məlum olmayan, qəhrəmanlardır. Beləliklə, kiminsə bu qələbəyə şərik olmaq istəməsi, daha ziyadə özünü az qala qələbənin əsas memarı hesab etməsi, bizi borclu çıxarması, üzümüzə nəyisə vurmaq istəməsi, şəhidlərimizin ruhuna təhqirdir, Azərbaycan xalqının fədakarlığını onun verdiyi qurbanları görməzdən gəlməkdir. Azərbaycanı Liviya və Somali ilə səhv salan zehniyyət bunu bilməlidir. Bunu öz millətinin və ölkəsinin qurbanlarını görməzdən gələrək, başqa ölkənin siyasi təbliğatının dalınca qaçan, onun könüllü təsir agentinə çevrilən bəzi soydaşlarımızın da bilməsində fayda var. Bu müharibə həm də Azərbaycanı tam müstəqil etmək üçün baş verdi, bir hissəsi işğal altında olan dövlət, tam nüstəqil ola bilməzdi, çünki bütün xarici siyasəti bu torpaqları azad etməyin ətrafında formalaşmışdı. Beləliklə 27 sentyabr bu buxovları da aradan qaldırdı. Azərbaycan nə qələbədən öncə nə də qələbədən sonra “böyük qardaş” axtarışında deyildi, indi də deyil, olmuş olsaydı nüvə dövlətlərindən birinə çoxdan şığınmışdı. Bizə istənilən vəziyyətdə kömək edən hərkəsə ÇOX SAĞOLUN deyirik, çox sağolumuz da quru çox sağol deyil, yağlı bir tikədir, min halal deyirik, amma hər şeyin də bir əndazəsi var və ən yaxın tarix göstərir ki, biz o əndazəni bilirik.
Odur ki, EŞQ OLSUN MÜSTƏQİL AZƏRBAYCANA, EŞQ OLSUN AZƏRBAYCAN ORDUSUNA, ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Post #249562
415
Forwarded from Ali Hajizade
- 🙏 3
- 👏 2