İsmayıllıda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər ölüb
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Balik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Post #74682
221