TGViewer
Tarixin Bu Günü Tarixin Bu Günü @tarixinbugunu · 2.77K subscribers
Post #2829 201
12 Oktyabr

1971-ci ildə İran şahı Rza Pəhləvi bütün dünyanı heyrətləndirmək qərarına gəlir. O, ilan mələyən susuz səhrada misli görünməmiş təntənəli ziyafət təşkil edir, dünya ölkələrinin dövlət və hökümət başçılarını, kral və kraliçaları, şahzadələri dəvət edir. 3 gün davam edəcək ziyafət üçün səhrada parkları, fəvvarələri olan vahə salınır. Çini Mao Tszedun, Sovet İttifaqını Leonid Brejnev, İspaniyanı diktator Franko, ABŞ-ı Riçard Nikson təmsil edir. Qərb ölkələrində tələbələr Vyetnamdakı müharibəyə və İran şahına qarşı etiraz edirlər.
Persepolda, hökmdar 1-ci Kuroşun məqbərəsinin yaxınlığında İran şahı Rza Pəhləvi oktyabrın 12-dən 14-dək üç gün təntənəli bayram təşkil etmək niyyətində idi. O, qədim imperiyanın yeni simasını dünyaya nümayiş etdirmək istəyirdi. Şah, Pəhləvi sülaləsinin "İran sivilizasiyasının intibah dövrü" olduğunu hər kəsə sübut etmək fikrindəydi. Beləcə, bəşər tarixinin ən bahalı və ən uzun ziyafəti baş tutur.
Ziyafətə hazırlıq müddəti təxminən bir il çəkir. Əsas tədbirlər Əhəmənilər imperiyasının qədim paytaxtı Persepolda, digər mərasimlər isə Tehranda və hökmdar Kuroşun məqbərəsinin yerləşdiyi Pasarqadda keçirilir. Hazırlıq zamanı Persepolun yaxınlığındakı Şiraz şəhərində aeroport tam təmir olunmuşdu. Qonaqları gətirəcək təyyarələr həmin aeroporta enəcəkdilər. Ziyafətin keçiriləcəyi yer ilanlardan və əqrəblərdən təmizlənmişdi. Təntənəli mərasim 1971-ci ilin oktyabrın 12-də başlayır. Şah Rza Pəhləvi və xanımı şahbanu Fərəh Pəhləvi hökmdar Kuroşun məqbərəsinə baş çəkirlər. Oktyabrın 14-də isə bayram ziyafəti başlayır. Mərasimdə dünyanın müxtəlif ölkələrinlən 600 nəfər iştirak edirdi ki, onların arasında 60 kral, kraliça, dövlət və hökümət başçıları da yer almışdılar.
Persepolisdə vur-tut üç gün davam edəcək ziyafət üçün nəhəng çadır şəhərciyi inşa olunmuşdu. 0,65 kvadrat kilometrdik ərazisi olan və "Qızıl şəhərcik" adlanan layihənin müəllifi Parisdəki "Maison Jansen" dizayner bürosu idi.

⚡️ T.me/tarixinbugunu
  • 👎 3
  • 🔥 3
More from @tarixinbugunu
  1. Oct 17, 202618 Oktyabr Əgər Rusiya həmin vaxt Alyaskanı Amerikaya satmasaydı, bugün Amerikanın hava mə…
  2. Oct 17, 2026Düz 17 il əvvəl 16 Oktyabr tarixində bu hakimiyyət Türkiyə ilə arası pisləşmişdi deyə Dağü…
  3. Oct 17, 202617 Oktyabr Türkiyə höküməti NATO təşkilatına üzv olmaq üçün ümumilikdə 23 min türk əsgərin…
  4. Oct 17, 202616 Oktyabr Amerika İraqda kütləvi qırğın silahlarının olduğunu iddia edərək müharibəyə baş…
  5. Oct 14, 202615 Oktyabr Xalqın qara günlərinin başladığı gün... 🎯 T.me/tarixinbugunu
  6. Oct 13, 202614 Oktyabr 1979-cu ildə İran xalqı inqilab edərək İslam höküməti qurmuşdur. Amerika xalqı…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →