🔴İran aviaşirkətlərinin Azərbaycana reysləri sentyabrın 22-dən dayandırılıb.
Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin məlumatına görə, qərar ABŞ-nin İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalarla əlaqədardır. Bileti olan sərnişinlərə müvafiq aviaşirkətlərə və ya bileti aldıqları satış məntəqələrinə müraciət etmək tövsiyə olunub.
“Kavkazskiy uzel”in Azərbaycan aviasiya sektorundakı mənbəsinin sözlərinə görə, İran aviaşirkətləri Tehrandan və Təbrizdən Bakıya uçuşlar həyata keçirirdi. Mənbə bildirib ki, “Azərbaycan Hava Yolları” (AZAL) son dövrlərdə İrana uçuş etmirdi. Buna görə məhdudiyyətin AZAL-ın reyslərinə təsir etməyəcəyi bildirilir.
https://t.me/TalyshTV
Post #3357
89

- 👍 1
- 👏 1
- 🙏 1