TGViewer
Talysh International TV Talysh International TV @talyshtv · 633 subscribers
Post #3324 146
🔴Taleh Bağırzadənin övladlarının məhkəməsi başlayıb


Sentyabrın 10-da Xəzər Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Taleh Bağırzadənin övladlarının ilk məhkəmə iclası keçirilib.

Prosesə hakim Vüqar Məhərrəmov sədrlik edi
b.

İlkin baxış iclasında məlum olub ki, yeniyetmələrin nə qanuni nümayəndəsi olan anaları Leyla İsmayılzadəyə, nə də vəkillərinə ittiham aktı verilib. Sənəd təqdim olunmadığından tərəflər məhkəməyə hazırlaşa bilməyiblər.

Bundan sonra hakim Leyla İsmayılzadəyə ittiham aktını təqdim edib və onların ittihamla tanış olması üçün sentyabrın 17-nə qədər vaxt verilib.

Məhəmmədhəsən Bağırzadəyə Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məhəmmədhüseyn Bağırzadə isə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.

Hadisə bu il aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında baş verib.

Ailənin bildirdiyinə görə, mübahisə yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi ilə başlayıb. Məhəmmədhüseyn Bağırzadənin onları bundan çəkindirməyə çalışması gərginliyi artırıb. Daha sonra qarşı tərəfin təhqiramiz ifadələr işlətməsi ilə mübahisə əlbəyaxa davaya çevrilib.

Ailənin versiyasına görə, Məhəmmədhəsən Bağırzadə qardaşının iki nəfər tərəfindən döyüldüyünü görərək davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnunun sındığı bildirilir. Ailə bildirir ki, 17 yaşlı oğlunun həmyaşıdı qızın burnunu sındırması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Ailə hesab edir ki, bu hadisə Taleh Bağırzadəyə və ailəsinə qarşı verilən təhdid mesajıdır.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə hazırda həbsdədir. O, 2017-ci ildə dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bağırzadə ittihamları qəbul etmir, fəaliyyətinin dini azadlıqlar və sosial ədalət uğrunda olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

https://t.me/TalyshTV
Telegram Talysh International TV Həmmə Tolışə xəlği sədo YouTube, Instagram, and more 👇 https://linktr.ee/talyshtv
  • 👍 4
  • 👎 1
  • 😱 1
More from @talyshtv
  1. Oct 18, 2026🔴 Azərbaycanda hicab: seçim azadlığı, yoxsa məhdudiyyət? Azərbaycanda məktəblərdə hicabla…
  2. Oct 17, 2026🟢گزارش‌ها از اخراج دانش‌آموزان و معلمان محجبه از مدارس تالش شمالی 🟢گزارش‌هایی منتشر شده…
  3. Oct 17, 2026🔴Şimali Talışda hicablı şagird və müəllimlərin məktəblərdən qovulması barədə məlumatlar �…
  4. Oct 17, 2026🔴Bakı Respublikasında hicab qadağasına etiraz edənlərə qarşı təzyiqlər başladı: Naxçıvand…
  5. Oct 17, 2026🔴Bu proqramda hicab məsələsi, Azərbaycanda dini azadlıqlar, milli kimlik və talışların hü…
  6. Oct 16, 2026🟢حضور هیئت تالشی در کنفرانس بعد انسانی ورشو هم‌زمان با شکل‌گیری اعتراضات حجاب در جمهوری آ…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →