İndi də Türkiyəyə keçdilər: Azərbaycan hakimiyyətindən hüquqi yardım tələbi!
X sosial şəbəkəsində fəaliyyət göstərən, təsdiqlənmiş “Daily Islamist” hesabının yaydığı məlumata görə, Azərbaycan hakimiyyəti hicab qadağasından sonra Türkiyədə edilən sosial media paylaşımları ilə bağlı bu ölkənin rəsmi qurumlarına hüquqi yardım sorğusu göndərib.
İddiaya əsasən, Azərbaycan Baş Prokurorluğu paylaşımlarda “dini ekstremist fəaliyyətə çağırış” və “konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış” əlamətlərinin olduğunu irəli sürərək araşdırmaya başlayıb.
Bununla əlaqədar Türkiyənin səlahiyyətli orqanlarına qarşılıqlı hüquqi yardım sorğusu göndərildiyi bildirilir.
Araşdırmanın Türkiyədə hansı şəxsləri və sosial media hesablarını əhatə etdiyi hələlik məlum deyil.
Post #79633
131
