TGViewer
𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 @shiatoonaa · 5.08K subscribers
Post #77559 353
Elxan Şükürlü:

🔹 44 günlük vətən savaşında birləşən və düşmən üzərində qələbə qazanan, özünəinam hissini bərpa edən və rifah dövləti qurmaq xəyallarıyla yaşayan Azərbaycan cəmiyyətini, indi hökumətimiz ardıcıl səhvləriylə yenidən 2020-ci ildən əvvəlki halına–bölünmüş, qarşılıqlı kin, nifrət və qəzəbin sürətlə artdığı toplum halına qaytarır.
🔹 Hazırda hökumətdə bu əhval-ruhiyyə hökm sürür ki, hakimiyyət çox güclüdür, cəmiyyət üzərində total nəzarəti təmin edə bilir, müqavimət hücrələri çökdürülüb və belə bir şəraitdə də istənilən qərarı rahatca cəmiyyətə yedirtmək mümkündür!
Çox yanlış düşüncə və təhlükəli siyasi kursdur!
🔹 Anlamırlar ki, fərdlərdə olduğu kimi, dövlətlər, onu idarə edən hakimiyyətlər üçün də ən təhlükəli an ən arxayın düşdüyü, özünü artıq basılmaz, güclü, səhvsiz və qüsursuz gördüyü andır!
🔹 Cəmiyyət üçün hər qaranlıq, qeyri-müəyyən situasiyalarda istinad olunan “Prezident özü nəyi, nə zaman, necə etməyi yaxşı bilir” tezisi altında aparılan təbliğat artıq nəinki ictimai inam və etibar yaratmır, əksinə, insanlarda kütləvi qıcıq doğurur və hakimiyyət qollarını, dövlət qurumlarını da etibarsızlaşıdırır: əgər hər şey bir nəfərin üzərindədirsə, daha bu boyda dövlət qurumlarına, hökumətə nə ehtiyac?!
🔹 Kimsə hökumətimizi silkələyib ayıltmalıdır ki, uçuruma gedirik: ölkənin iqtisadi göstəriciləri hətta saxtalaşdırılımış rəsmi rəqəmlərdə belə, dəhşət saçır; korrupsiya, işsizlik, yoxsulluq, infilyasiya və bütün bunların gətirdiyi mənəviyyatsızlıq, əxlaqsızlıq görünməmiş miqyasda artır; əhalinin sosial vəziyyəti get-gedə ağırlaşır; ölkədən kütləvi şəkildə əməkqabiliyyətli gənc əhali köç edir; əyalətlərdə, kəndlərimizdə adam qalmayıb – ölkədən gedə bilməyənlər də paytaxta axışır və beləcə, hər gün lənət və qəzəb hissiylə zamanımızı keçirdiyimiz Bakı tıxaclarında təkcə ömrümüz yox, elə müzəffər hökumətimizin də düzələcəyinə inam itir, sarsılır...
🔹 Ciddi idarəetmə böhranının aşkar göründüyü belə bir vəziyyətdə elə bu idarəetmədən qaynaqlanan çoxsaylı problemləri həll etməyə birbaşa məsul hökumət - Nazirlər Kabineti isə işini-gücünü bir tərəfə tullayıb, çox həssas – qıl körpüdən keçdiyimiz bir dönəmdə düşüb məktəblərdə hicabın, baş örtüsünün üstünə!!!
🔹 Bilə-bilə ki, bu qərar cəmiyyətdə açıq bölünmə və qarşıdurma riski yaradacaq, ölkəyə düşmən güclərin ölkəni içdən qarışdırmasına fürsət və rəvac verəcək, bizi başqa müsəlman ölkələri arasında başıaşağı, gözükölgəli edəcək, dayanmaq, geri çəkilmək və ən üst səviyyədə məsələyə aydınlıq gətirmək əvəzinə, hələ bir inadla da onun icrasını təmin etməyə çalışırlar.
🔹 Heç eynilə bu sayaq davarnmış başqa ölkələrin yaşadığı acı tarixi təcrübədən də dərs almaq, nəticə çıxarmaq istəmirlər!
🔹 İbrət almaq istəməyənə ən ağır dərsi isə həyat özü verər. Bir müddət əvvəl demişdik, indi bir daha xatırladırıq: “Nəsihətlə anlamayanı müsibət ayıldar”.
🔹 Nə qədər gec deyil, hakimiyyət soyuqqanlı davranmalı və Nazirlər Kabinetini indiki məqamda ictimai maraqlarla və ölkə Konstitusiyasının tələbləriylə daban-dabana zidd bu qərarını cilalamalı, ona yenidən baxmalıdır. Yoxsa sosial şəbəkələrdə başlamış və artıq ölkə hüdudlarından çox-çox kənardan belə üzərimizə istiqamətləndirilən kütləvi qəzəb, nifrət və qarğış dalğası hakimiyyətin olan-qalan siyasi nüfuzunu da heçə-puça çıxaracaq!
🔹 Hökumətin yuxarı eşelonunda olan çox azsaylı inanclı dövlət xadimlərimiz isə o Baş nazirə, Nazirlər Kabinetinə - bu qərarı tövsiyə edən başlara yolgöstəricimiz “Qurani-Kərim”in bu xəbərdaredici ayəsini xatırlatsınlar:

“Bu, ona görədir ki, onlar Allahı qəzəbləndirən şeylərə uydular və Onun razı qaldığı şeyləri bəyənmədilər. Buna görə də Allah onların əməllərini puç etdi.” (“Məhəmməd” surəsi, 28-ci ayə)



#Tələbələrə_haqsızlığa_son
#Hicaba_azadlıq
#İffətli_qadınlara_azadlıq
#azyaşlıların_həbsinə_son
#Ruhanilərə_azadlıq



🤪🤣😌😆 BƏYƏNİN VƏ ÜZV OLUN.
  • ❤ 22
  • 👍 7
  • 🔥 1
More from @shiatoonaa
  1. Oct 9, 2026Diqqət edin: Ölkəmizdə y@əhudi məktəblərində yəhudi uşaqlar kipa taxırlar, bizim məktəblər…
  2. Oct 9, 2026Aksiya başlayıb. Siz də qoşulun #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınl…
  3. Oct 9, 2026Əhsən sizə dəyərli müəllim! 🇦🇿 Rus dili müəlliməsi hicab qadağasına etiraz edir. #Tələbə…
  4. Oct 9, 2026#Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınlara_azadlıq #azyaşlıların_həbsin…
  5. Oct 9, 2026Hacı Adil danışır #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınlara_azadlıq #a…
  6. Oct 9, 2026⚡️⚡️⚡️❗️❗️❗️ 🇦🇿 Oxuyun və paylaşın. Əliyev sülaləsi Azərbaycan Dövlət kanalının tvitter…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →