⚡️⚡️⚡️❗️❗️❗️
🤔 Məlumata görə, Quba rayonunun həm şəhər, həm də kənd məktəblərində müəllimə və şagirdlərin hicabla məktəbə gəlməsinə qadağa qoyulub.
Məlumatda bildirilir ki, Mirzəməmmədkənd ibtidai məktəbində və digər kənd məktəblərində də eyni qərarın tətbiq olunduğu qeyd edilir.
Məlumata görə, müəllimə və şagirdlərə oktyabrın 12-dək hicablarını açmaları üçün vaxt verilib.
🤔 Məlumata görə, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən 101 və 89 nömrəli tam orta məktəblərdə də hicabla bağlı qadağa tətbiq olunub.
Məlumata əsasən, qadağa həm hicablı müəllimlərə, həm də hicablı şagirdlərə şamil edilir.
🤔 Məlumata görə, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli tam orta məktəbdə hicablı şagirdlərin valideynlərinə xəbərdarlıq edilib.
Məlumata əsasən, məktəb rəhbərliyi valideynlərə oktyabrın 12-dən etibarən hicablı şagirdlərin məktəbə buraxılmayacağı barədə məlumat verib.
Məktəbin direktoru Sevinc Mustafayevadır.
🤔 Məlumata görə, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 185 nömrəli tam orta məktəbdə də hicabla bağlı qadağa tətbiq edilir.
Məlumata əsasən, məktəbdə şagirdlərə dünən xəbərdarlıq edilib və bu gündən etibarən hicabla məktəbə girişə icazə verilməyəcəyi bildirilib.
🤔 Məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 288 nömrəli tam orta məktəbdə, bu gündən etibarən şagirdlərin məktəbə buraxılmayacağı bildirilib.
🤔 Məlumata görə, Şirvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə hicabla bağlı qadağa tətbiq olunur.
Deyilənə görə, hicablı xanımlar məktəbdən uzaqlaşdırılıblar.
Şirvan şəhərinin digər məktəblərində də bu hal yaşanır.
🤔 Məlumata görə, Biləsuvar rayonunda, həm rayon mərkəzində, həm də kəndlərdə hicablı qız şagirdlərin məktəbə buraxılmır. Məlumata görə, kəndlərdə hicablı qızların məktəbə girişinə qoyulan qadağa artıq iki həftədən çoxdur davam edir.
🤔 Məlumata görə, Bakı şəhərində yerləşən 18 nömrəli məktəbdə hicabla bağlı qadağalar tətbiq olunur. Məlumata əsasən, məktəbdə yalnız şagird və müəllimlərə deyil, hətta texniki işçilərə, o cümlədən süpürgəçilərə də hicablarını açmaq tələbi qoyulur. Bildirilir ki, hicablarını açmaqdan imtina edən şəxslərin məktəbdən uzaqlaşdırılacağı deyilir.
🤔 Məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda yerləşən 114 və 261 nömrəli məktəblərdə hicabla bağlı yeni göstəriş verilib.
🤔 Məlumata əsasən, dünən məktəblərə tapşırılıb ki, bu gün iclas keçiriləcək və hicablı şagirdlər dərsə gəlməsinlər. Həmçinin, başıörtülü müəllimlərin də məktəbə gəlməməsi barədə göstəriş verildiyi bildirilir.
🤔 Məlumata görə, Cəlilabad rayonunun Privolnoye kəndində yerləşən 2 saylı tam orta məktəbdə hicabla bağlı qadağa tətbiq olunub.
🤔 Məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda yerləşən 76 nömrəli tam orta məktəbdə, hicabla bağlı qadağalar tətbiq edilib. Məlumata əsasən, başıörtülü müəllimlər işdən azad edilib, hicablı şagirdlərin isə dərsə buraxılmadığı qeyd olunur.
🤔 Məlumata görə, Masallı rayonunun Qızılavar kənd tam orta məktəbində və Elşən Heybətov adına kənd ümumi orta məktəbində, hicablı müəllimələrə oktyabrın 12-dək vaxt verildiyi bildirilir. Məlumata əsasən, müəllimələrdən qeyd olunan tarixədək hicablarını açmaları tələb olunur.
🤔 Məlumata görə, İmişli rayonunun Məzhəli kəndində yerləşən Rəfayıl Əliyev adına məktəbdə hicab qadağası tətbiq edilib.
🤔 Məlumata görə, Bakı şəhərinin Binə qəsəbəsində yerləşən 326 nömrəli məktəbdə hicabla bağlı qadağa tətbiq ediləcəyi bildirilir. Məlumata əsasən, müəllimələrə, şagirdlərə və hətta xadimələrə də xəbərdarlıq edilib ki, bazar ertəsindən etibarən məktəbə hicabla gəlmək olmaz.
🤔 Məlumata görə, Ramiz Əzizov adına Masallı rayonunun Birinci Yeddioymaq kənd məktəbində hicabla bağlı qadağa tətbiq edilib.
#Tələbələrə_haqsızlığa_son
#Hicaba_azadlıq
#İffətli_qadınlara_azadlıq
#azyaşlıların_həbsinə_son
#Ruhanilərə_azadlıq
🤪🤣😌😆 BƏYƏNİN VƏ ÜZV OLUN.
Post #77352
415

- 🤬 15
- ❤ 3
- 👎 1
- 🔥 1