Keçmiş siyasi məhbus Mirtofiq Hüseynovun ailəsi sosial media üzərindən Azərbaycan xalqına müraciət ünvanlayıb. Ailə oktyabrın 5-də yaşadığı evin yaxınlığından mülki geyimli şəxslər tərəfindən oğurlanaraq naməlum istiqamətə aparılan Mirtofiq Hüseynovdan xəbər ala bilmədiklərini qeyd edir. Onlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti, ərazidə olan polis idarələri ilə əlaqə saxlasalar da, inanclı barəsində məlumat əldə edə bilmirlər.
“Azərbaycan xalqının və aidiyyəti qurumların diqqətinə!
Sizə mühüm bir məlumatı çatdırmaq istəyirəm.
5 oktyabr, saat 12 radələrində, qardaşım Mirtofiq Hüseynov yaşadığı evin yaxınlığında yerləşən dükanın qarşısından naməlum şəxslər tərəfindən oğurlanaraq naməlum istiqamətə aparılıb. Hadisədən sonra həmin şəxslər dükanın görüntüləri qeydə almaq məqsədilə quraşdırılmış kameranı da sökərək özləri ilə aparıblar.
Hadisənin baş verdiyi ilk saatlardan etibarən aidiyyəti qurumlara müraciət edilməsinə baxmayaraq, hələ də Mirtofiq Hüseynovun harada olduğu və vəziyyəti barədə heç bir məlumat yoxdur.
Aidiyyəti dövlət qurumlarından vətəndaş olaraq gözləntimiz budur ki, Mirtofiq Hüseynovun harada olduğu ən qısa zamanda müəyyənləşdirilsin, onun təhlükəsizliyi təmin edilsin, günün günorta çağı insan oğurluğu edənlər cəzalandırılsın və hadisənin bütün halları hərtərəfli araşdırılaraq ictimaiyyətə məlumat verilsin. Sonda Azərbaycan xalqından xahişimiz budurki, bu müraciəti paylaşaraq səsimizin daha geniş kütləyə çatmasına dəstək olun.”
🆔Https://t.me/Shiatoonaa
