❗️Orta məktəblərdə hicab qadağası hicablı məktəblilərin üzünə qapıları bağlayıb
Hicabla məktəblilərin təhsil ocaqlarına gəlişi ətrafında gərginlik davam edir. Bu səhər 10-dan artıq məktəb hicablı qız uşaqlarına təhsil ocağına gəlməyi qadağan edib. Məktəb drektorları təhsil almaq istəyən şagirdin yalnız və yalnız başını açmaqla məktəbə daxil ola biləcəyini söyləyərək qərarın Təhsil İdarəsi tərəfindən verildiyini bildirib.
Sosial media üzərindən paylaşımda Quba rayon Paşaoba kənd məktəbinin direktoru Qalib Əliyev, Cəlilabad rayonu, Uzuntəpə kəndi Eldəniz Yusubov adına 1 nömrəli tam orta məktəbin direktoru Aqil Abdıyev, Masallı rayonu İskəndərli kənd 5 saylı tam orta məktəbin direktoru Səhran Hüseynov, Cəlilabad rayon 9 nömrəli məktəbin direktoru Rauf Məlikov, Bakı şəhəri, Nizami rayonu, 312 saylı tam orta məktəbin direktoru Fidan Axundova hicablı müəllim və şagirdlərə qarşı qadağa tətbiq etdiyi bildirilir.
Onların sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırılan bir sıra məktəb direktorlarına hicablı şagirdlərlə yanaşı hicablı müəllimələrin belə hicablarını açması tələbi çatdırılıb.
Qeyd edilən məktəblər hicablı qızların məktəbə gəlişinə qadağa qoyan təhsil müəssisələrinin tam siyahısı deyil. Direktorların yeni qadağa dalğası Xaçmaz, Gəncə, Saatlı, Neftçala, Lökbatanda yerləşən Qobu Park ərazisində də müşahidə olunub.
Məsələ ilə bağlı valideynlərlə yanaşı bir çox sosial istifadəçilər də məlum qadağaya öz etiraz və hiddətlərini bildiriblər.
#Hicaba_azadlıq
#İffətli_qadınlara_azadlıq
#azyaşlıların_həbsinə_etiraz
#Ruhanilərə_azadlıq
➡️MBH Media
Post #77251
374



