Mirtofiq Hüseynov saxlanılıb
Bu gün, 5 oktyabr, günorta saatlarında keçmiş siyasi məhbus Mirtofiq Hüseynov saxlanılıb.
Məlumata görə, Mirtofiq Hüseynov Binədə, yaşadığı evin yaxınlığında yerləşən mağazanın qarşısından bir neçə mülki geyimli şəxs tərəfindən naməlum istiqamətə aparılıb. Həmin şəxslərdən birinin mağazanın müşahidə kamerasını sökərək ərazidən uzaqlaşdığı bildirilir.
Mirtofiqin vəziyyətindən narahat olan ailə üzvləri Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlasalar da, onun saxlanılması ilə bağlı hər hansı məlumat əldə edə bilməyiblər.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Hüseynov Mirtofiq Mircəlal oğlu 2025-ci il dekabrın 6-da üç illik həbs cəzasını başa vuraraq azadlığa çıxmışdı. O, 2022-ci il dekabrın 6-da inanclı şəxslərin kütləvi həbslərinin həyata keçirildiyi bir vaxtda saxlanılmışdı.
MBH Media
Post #77046
343
