TGViewer
𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 @shiatoonaa · 5.08K subscribers
Post #77013 107
Tramp nə qədər gopa bassa da ki, Hörmüzdən rekord həcmdə neft oğurlayır, yanacaq qiymətlərini endirə bilmir. ABŞ-ın neft və dizel yazacağı üzrə strateji ehtiyatları kirtik həddə düşüb. ABŞ tarixində ən yüksək qiymətə çatmış dizel ucuzlaşmır, daşıma şirkətləri, fermerlər müflis olurlar. Düz 1 ay sonra isə Konqresə aralıq seçkilər olacaq.

Qlobal bazarda neft və yanacaq qıtlığı, əsasən, ABŞ-ın strateji və kommersiya ehtiyatlarının satışa çıxarılması sayəsində yüngülləşdirilirdi. Avropa ölkələri öz ehtiyatlarını satışa çıxartmırdılar, daha pis gün üçün qoruyurdular. Artıq ABŞ təkbaşına qıtlığın öhdəsindən gələ bilmir. Buna görə də Avropaya, xüsusən də orada ən çox ehtiyatları olan Fransa və Almaniyaya təzyiq etməyə başlayıblar ki, təcili ehtiyatlarını bazara çıxartsınlar. Açıq mətbuat vasitəsilə əvvəl bu tələbi Tramp irəli sürdü, sonra ABŞ-ın energetika naziri Kris Rayt ona züy tutdu. Dünən səhər də maliyyə naziri Skot Bessent aşağıdakı tviti yazdı:

"Prezident Trampın rəhbərliyi altında ABŞ qlobal enerji bazarlarının sabitləşdirilməsinə kömək etmək öhdəliyini yerinə yetirir. Avropalı tərəfdaşlarımız mövcud öhdəliklərinin icrasını sürətləndirməli və davam edən qıtlığı aradan qaldırmaq üçün əlavə [yanacaq] tədarükü dərhal təmin etməlidirlər. Amerikalı fermerlər, yük maşını sürücüləri və müəssisələr qlobal dizel çatışmazlığının əsas yükünü daşımamalıdırlar. Amerika öz töhfəsini verir. Müttəfiqlərimizin öhdəliklərini hərəkətlə dəstəkləyəcəklərinə gözləyirik."

ABŞ tələb edir ki, Avropa strateji ehtiyatlarından azı 120 milyon barrel neft və dizel yanacağını qarşıdakı 3 ay ərzində bazara çıxartsın. Bunun çox hissəsi dizel olsun və əhəmiyyətli hissəsi ilk 20 gün ərzində çıxarılsın.

Məqsəd aydındır: Tramp Konqresə seçkilərə qədər dizelin qiymətini endirmək istəyir. 3 ay müddətində qiymətləri sabit saxlamaqda məqsəd isə Konqres yeni tərkibdə fəaliyyətə başlayanadək (20.01.2027) istədiyi qanunları qəbul etdirməkdir.

Bu məsələni müzakirə (təsdiq) etmək üçün G7 liderləri ABŞ-ın tələbi ilə dünən axşam təcili video formatda iclasa toplaşdılar. İclada Tramp görüntüsüz iştirak edir, yalnız səsi eşidilirdi (şəklə baxın). Yəqin ki, Avropa liderləri özlərinə qarşı belə hörmətsizliyi layiqincə qiymətləndirdilər... Qiymətləndirdilər və Trampın tələbini qəbul etdilər: Avropa çoxunu ilk 20 gündə olmaqla 3 ay ərzində bazara 100 milyon barrel enerjidaşıyıcısı (50 milyon neft, 50 milyon dizel) çıxaracaq. Lakin hansı ölkənin nə vaxt və nə qədər çıxaracağı hələ dəqiqləşdirilməyib.

Əslində Trampın seçkiqabağı pis vəziyyətə düşməsi Avropanın xeyrinə idi – onlar demokratların qalib gəlməsini istəyirlər. Bəs niyə onlar Trampın tələbini və hörmətsizliyini qəbul etməklə belə fürsəti əldən verdilər?

Məsələ burasındadır ki, Tramp onları şantaj edirdi. Tramp deyir ki, strateji ehtiyatlarınızı bazara çıxarmasanız, mən ABŞ-ın dizel ixracına qadağa qoyacam. Bu isə Avropa üçün fəlakət olardı. Onlar da "dişləri bağırsaqlarını kəsə-kəsə" (şəkildə sifətlərinə baxın 😀) Trampa təcili yardım rejiminə keçməyə məcbur oldular.

Amma mən Trampın probleminin həll olunduğuna çox da inanmıram. Avropa çox hiyləgərdir. Ümumən razılıq versə də məsələnin detallarına gələndə "hə"ni "yox"a çevirə bilər.

Çin isə dünən yanacaq ixracını dayandırdı. Bunun Avropanın qərarı ilə eyni vaxta düşməsini təsadüf hesab etmirəm.

Politoloq Asif Şəfəqqətov
More from @shiatoonaa
  1. Oct 4, 2026Post #77023
  2. Oct 4, 2026Uşaq qatili İlham Əliyev 🆔Https://t.me/Shiatoonaa
  3. Oct 4, 2026İlham Əliyev Azərbaycanda yaşayış səviyyəsinin yüksək olduğunu deyəndə bunları nəzərdə tut…
  4. Oct 4, 2026Sağ ol Bayoğlo. Eramızdan əvvəl taaa bu günə kimi öz sözünü demisən, deyəcəksən. Yaşa 🤓
  5. Oct 4, 2026Hamı xoddanıb 🆔Https://t.me/Shiatoonaa
  6. Oct 4, 2026Fransadakı etirazlar Trampın hiyləsidir
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →