🔠Bakıda NATO təlim kursu başlayıb
Azərbaycan və NATO arasında Sülh Naminə Tərəfdaşlıq proqramının bir hissəsi olaraq, Bakıda "Tərəfdaşlıq İmkanları Təşəbbüsü" təlim kursunun üçüncü iclası və 1-ci Səviyyəli Özünüqiymətləndirmə Kursunun açılış mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Ordusundan və tərəfdaş ölkələrdən bir qrup hərbçi iştirak etdi.
Təlim, sülhməramlı ssenariyə əsaslanaraq, NATO standartlarına uyğun olaraq Hərbi Qərar Qəbuletmə Prosesi (HQQP) çərçivəsində təlimlərin planlaşdırılması və keçirilməsini əhatə edəcək.
Bu cür təlimlərin sülhməramlı əməliyyatlara hazırlığın artırılması, əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi baxımından əhəmiyyəti qeyd edildi. Bundan əlavə, NATO Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən 1-ci Səviyyəli özünüqiymətləndirmə kursu, NATO-nun Birgə Qüvvələr Komandanlığına təyin edilmiş sülhməramlı batalyon və hərbi polis bölüyünün avadanlıqlarının və digər aktivlərinin yoxlanılmasını, eləcə də sülhməramlı əməliyyatlar zamanı taktiki bacarıqların qiymətləndirilməsini əhatə edir.
Abunə olun 🌐 Hərbi Məlumat
Post #81264
157
Forwarded from 𝐇ə𝐫𝐛𝐢 𝐌ə𝐥𝐮𝐦𝐚𝐭





