TGViewer
𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 @sefevi_info · 6.63K subscribers
Post #81138 458
𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 Azerbaycan'da DİKTATÖR ALİYEV DÖNEMiNiN BİTME VAKTİ GELDİ ! https://youtube.com/watch?v=oAE4iN5Ud08&si=FgfaNBWOPAhUukIe
Bu gün məktəblərdə baş verənlər bizdə çoxlu suallar doğurur:

1) Əvvəl dedilər ki, məktəbli qızlar hələ uşaqdır, azad seçim etməlidirlər, valideynlər onları məcbur etməməlidir və sair. Yaxşı bəs birdən-birə nə oldu ki, hicablı müəllimələrə qarşı da məhdudiyyət qoyulur? Bəs onlar niyə məktəblərdən uzaqlaşdırılır? Yəni, onlar da hələ uşaqdır və azad seçim etməyiblər? Valideyn öz uşağını hicaba məcbur edə bilməz, amma hökümət həm uşağı, həm də müəllimələri hicabsızlığa məcbur edə bilər?!

2) Bu gün məktəblərdə qız uşaqlarına və hicablı müəllimələrə tətbiq edilən bu qadağa (daha doğrusu bu qeyrətsizlik) Azərbaycan kişisinin namusuna uzadılan murdar əlin ilk nümunəsidirmi? Axı pasportlarda da hicablı fotoya icazə vermirlər... deməli, birinci hal deyil. Üstəgəl 14-15 il əvvəl də Misir Mərdanovun vaxtında buna bənzər qərar verilmişdi. Bir çox dindar Nazirlik qarşısında etiraz aksiyası keçirmiş və həbs olunmuşdu. Deməli, bu bir siyasi gedişdir və planlı addımlardır. Sual isə budur ki, indi qızların və müəllimlik edən xanımların başından hicabı açdıran hökümət növbəti illərdə bu kimi başqa nə addımlar atmağı planlaşdırmaqdadır? Məgər bu gedişlə əvvəl xəstəxanalarda, banklarda, dövlət və qeyri-dövlət idarələrində də eyni məhdudiyyətlər gəlməyəcəkmi? Sonra isə etiraz və əks reaksiya olmadığı müddətdə bu qadağa küçələrə də şamil edilməyə qədər uzanmayacaqmı?

Dədələrimiz yaxşı deyib ki, balıq başından iy verir. Hökümətin başında bir qeyrətsiz və qumarbaz oturduğu müddətcə ölkəmizdə baş verən belə hallar və qadağalar anlaşılmaz deyildir. Guya bu biqeyrətin heç nədən xəbəri yoxdur? Yaxud bu qərarı Nazirlər Kabineti özbaşına qəbul edib? Kim inanar axı bu Məlikməmməd nağıllarına... Əgər etirazlar çoxalar və bu şərəfsiz üçün balaca təhlükə hissi yaradarsa, bir də gördün ki, sabah çıxıb başladı danışmağa və özünü yaxşı göstərən formada artistlik etməyə. Axı o, bunu yaxşı bacarır və atasının genetikasını daşıyır...
  • 👍 13
  • ❤ 2
More from @sefevi_info
  1. Oct 10, 2026❗️❗️❗️❗️ Dəstək olanlara təşəkkür edirik! Hicab təhsilə maneə deyil! #Hicabazadlıq #İffətl…
  2. Oct 9, 2026🔠 Yəmən Silahlı Qüvvələrinin son dağıdıcı zərbələrindən sonra Ər-Riyad Beynəlxalq Hava Li…
  3. Oct 9, 2026🔠 Sionist müxalifət Demokrat Partiyasının lideri Yair Golan: Əli Xameneinin öldürülməsi,…
  4. Oct 9, 2026⚡️⚡️⚡️❗️❗️❗️ Dəstək olanlara təşəkkür edirik! Hicab təhsilə maneə deyil! #Hicabazadlıq #İf…
  5. Oct 9, 2026❗️❗️❗️❗️ Dəstək olanlara təşəkkür edirik! Hicab təhsilə maneə deyil! #Hicabazadlıq #İffətl…
  6. Oct 9, 2026❗️❗️❗️❗️ Dəstək olanlara təşəkkür edirik! Hicab təhsilə maneə deyil! #Hicabazadlıq #İffətl…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →