TGViewer
𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 @sefevi_info · 6.64K subscribers
Post #81118 376
🔠Səfir: Azərbaycan və Türkiyə Yəmən üçün vacib və etibarlı tərəfdaşlardır

Səudiyyə dəstəkli Yəmən hökuməti Azərbaycanla mədəniyyət, təhsil, səhiyyə və ticarət də daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsini vacib hesab edir. Yəmənin Azərbaycan və Türkiyədəki səfiri (iqamətgahı Ankarada olan) Turiq bunu "Report"a verdiyi müsahibədə bildirib. O bildirib ki, Ədən tələbə mübadiləsində, xüsusən də müxtəlif təqaüd proqramları vasitəsilə Yəmənli tələbələrin Azərbaycandakı təhsilində, eləcə də dövlət işçilərinin müxtəlif kurslarda iştirakında maraqlıdır.

Diplomat həmçinin Bakı ilə əməkdaşlığın, xüsusən də neft və qaz kəşfiyyatı, balıqçılıq və dənizçilik sahələrində inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, Yəməndə əhəmiyyətli qızıl ehtiyatları və neft-qaz yataqları var. Lakin Turiqə görə, Yəməndə davam edən hərbi vəziyyət və qeyri-sabitlik iki ölkənin müvafiq qurumlarının nazirləri arasında planlaşdırılan qarşılıqlı səfərlərin müvəqqəti olaraq təxirə salınmasına səbəb olub.

Ölkədəki vəziyyətin deeskalasiyası ilə bağlı səfir beynəlxalq ictimaiyyətin, eləcə də dost ölkələrin dəstəyinə ehtiyac olduğunu vurğulayıb. "Ümid edirik ki, dünya Yəmən xalqının üzləşdiyi ağır çətinliklərə biganə qalmayacaq. Qardaş ölkələr olan Azərbaycan və Türkiyə dövlətimizin vacib və etibarlı tərəfdaşları olduğundan, yaxın gələcəkdə Yəmənin yenidənqurma prosesində onlarla əməkdaşlıq etmək bizim üçün böyük şərəf olardı", - deyə o, sözünə yekun vurub

➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin
Report.az Посол Йемена: Азербайджан и Турция - важные и надежные партнеры для нашей страны Чрезвычайный и полномочный посол Йемена в Турецкой и Азербайджанской Республиках (с резиденцией в Анкаре) Мухаммед Салех Ахмед Туриг в интервью турецкому бюро Report рассказал о перспективах развития отношений с Азербайджаном и возможностях расширения экономического…
  • 🤡 9
More from @sefevi_info
  1. Oct 9, 2026🔠 Yəmən Silahlı Qüvvələrinin son dağıdıcı zərbələrindən sonra Ər-Riyad Beynəlxalq Hava Li…
  2. Oct 9, 2026🔠 Sionist müxalifət Demokrat Partiyasının lideri Yair Golan: Əli Xameneinin öldürülməsi,…
  3. Oct 9, 2026⚡️⚡️⚡️❗️❗️❗️ Dəstək olanlara təşəkkür edirik! Hicab təhsilə maneə deyil! #Hicabazadlıq #İf…
  4. Oct 9, 2026❗️❗️❗️❗️ Dəstək olanlara təşəkkür edirik! Hicab təhsilə maneə deyil! #Hicabazadlıq #İffətl…
  5. Oct 9, 2026❗️❗️❗️❗️ Dəstək olanlara təşəkkür edirik! Hicab təhsilə maneə deyil! #Hicabazadlıq #İffətl…
  6. Oct 9, 2026🔠Müəllimə hicabsız olduğu halda istefa verdi Haqsızlıq qarşısında susmayın! Dəstək olanla…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →