TGViewer
𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 @sefevi_info · 6.62K subscribers
Post #81109 403
🔠Türkiyə Yəmənə qarşı Səudiyyə Ərəbistanını dəstəkləyəcək.

Türkiyə və Amerika rəsmiləri bildiriblər ki, Türkiyə Ənsarullaha qarşı mübarizə aparmaq üçün Səudiyyə Ərəbistanına müdafiə və texniki yardım göstərmək niyyətindədir.

Onların sözlərinə görə, yardım hərbi texnika, kəşfiyyat məlumatlarının mübadiləsi, silah sistemləri və strateji planlaşdırma və logistika sahəsində dəstəyi əhatə edir. Türk dron operatorları da Səudiyyə Ərəbistanına yerləşdirilə bilər.

Qeyd olunur ki, Məkkə Müdafiə Alyansı müqaviləsi hələ Türkiyə parlamenti tərəfindən təsdiqlənmədiyindən, hazırda ikitərəfli münasibətlər çərçivəsində yardım göstərilir. Təsdiqləndikdən sonra Ankara dəstəyin əhatə dairəsini və formalarını genişləndirməyi planlaşdırır.

Pakistan və regional mənbələrə görə, Türkiyə və Pakistan artıq Səudiyyə Ərəbistanına Yəməndə istifadə edilən hərbi texnikanı tədarük edib.
  • 😡 18
  • 🔥 3
More from @sefevi_info
  1. Oct 8, 2026🔠Azərbaycandan olan izləyicilərimizdən bir xahişimiz var! Mümkünsə sabahdan etibarən hica…
  2. Oct 8, 2026🔠Həbsdə olan Rövşən Cabbarovun rüşvət vermədiyi üçün “zona” buraxılmadığı və işgəncələrə…
  3. Oct 8, 2026#Hicabazadlıq #İffətliqadınlaraazadlıq #azyaşlılarınhəbsinəetiraz #Ruhanilərəazadlıq
  4. Oct 8, 2026Post #81146
  5. Oct 8, 2026🔠Hudeydə şəhərinin Əl-Mədinə bölgəsinin sakinləri silahlı qüvvələri dəstəkləmək üçün səfə…
  6. Oct 8, 2026🔠Əraqçi, İranın xarici işlər naziri: “Danışıqlar prosesi hələ də davam edir və vasitəçilə…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →