TGViewer
𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 @sefevi_info · 6.61K subscribers
Post #81086 132
𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 Video
▶️HƏMAS İslami Müqavimət Hərəkatının Rəsmi Bəyanatı

​Mərhəmətli və Rəhmli Allahın adı ilə!

​"Əl-Əqsa Tufanı" əməliyyatının üçüncü ildönümündə HƏMAS hərəkatı bəyan edir ki, 7 oktyabr 2023-cü il tarixi Fələstin xalqının çoxillik mübarizəsində tarixi və mühüm bir dönüş nöqtəsi olmuşdur. Müqavimət isə işğala son qoyulana, Fələstin torpaqları və müqəddəs məkanları azad edilənədək qanuni bir hüquqdur.
​7 oktyabr hadisələri Fələstin xalqının sarsılmazlığının, şücaətinin və milli həmrəyliyinin təzahürünə çevrilərək, dünya ictimaiyyətinin diqqətini Fələstin probleminə yönəltməyə müvəffəq olmuşdur.
​Qəzzə zolağında, İordan çayının qərb sahilində və Əl-Qüdsdə Fələstin xalqının nümayiş etdirdiyi dəyanəti və verdiyi qurbanları qürurla qeyd edirik. Dağıntılardan sonra sakinlərin öz evlərinə və məhəllələrinə qayıtması onların öz torpaqlarına bağlılığının və əhalinin köçürülməsi planlarını rədd etmələrinin sübutudur.
​"Əl-Əqsa Tufanı" əməliyyatı onilliklər boyu davam edən münaqişənin, blokadanın, zorakılığın və fələstinlilərin hüquqlarından məhrum edilməsinin nəticəsi idi. Qarşıdurma 7 oktyabrda başlamayıb və həmin gün bitməyib.
​Sionist rejim Qəzzə zolağında kütləvi qətllər törədir və həyati əhəmiyyətli infrastrukturu dağıdır.
​Üç il ərzində 74 mindən çox fələstinli şəhid olmuş, 175 mindən çox insan yaralanmışdır; habelə on minlərlə əsir və minlərlə itkin düşmüş şəxs vardır.
​Atəşkəs sazişinə baxmayaraq, sionist rejim zərbələr endirməkdə və əhalinin zəruri resurslara çıxışını məhdudlaşdırmaqda davam edir. Saziş qüvvəyə mindiyi vaxtdan bəri 1,5 minə yaxın fələstinli qətlə yetirilmiş, 5 mindən çox insan yaralanmışdır. Həmçinin sionist rejim İordan çayının qərb sahilində və Əl-Qüdsdə qanunsuz basqınları, həbsləri və evlərin sökülməsini davam etdirir.
​HƏMAS sionist hökumətinin siyasətinə qarşı durmaq üçün Fələstin qüvvələrinin vahid milli strategiyasının yaradılması istiqamətində işləri davam etdirmək əzmində olduğunu bəyan edir.
​Biz sionist işğal rejiminin boykot edilməsi üzrə beynəlxalq kampaniyaları salamlayır, onun beynəlxalq müstəvidə təcrid olunması və sionist rəhbərlərin beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi üçün səylərin davam etdirilməsinə çağırırıq.
​Biz atəşkəs sazişinin şərtlərinə əməl olunması öhdəliyimizi təsdiqləyir və vasitəçilərlə birlikdə onun icrasına kömək etməyə hazır olduğumuzu bildiririk. Həmçinin ABŞ və vasitəçi ölkələri sionist rejimin öz öhdəliklərini yerinə yetirməsini, eləcə də hərbi əməliyyatların dayandırılmasını, Qəzzə əhalisinə humanitar yardımın göstərilməsini, zolağın bərpasını və işğalçı qüvvələrin oradan tam çıxarılmasını nəzərdə tutan razılaşdırılmış yol xəritəsinin reallaşdırılmasını təmin etməyə çağırırıq.


​HƏMAS İslami Müqavimət Hərəkatı

​Çərşənbə, 7 oktyabr 2026-cı il

​🇵🇸🇵🇸🇵🇸🇵🇸🇵🇸

#Fələstin_Müqaviməti

➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin
  • 👍 4
More from @sefevi_info
  1. Oct 7, 2026🔠Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sari: Silahlı qüvvələrimiz, Al…
  2. Oct 7, 2026Post #81092
  3. Oct 7, 2026☄️☄️☄️Niyə Azərbaycanda 152 saylı cuhud məktəbində kipa olar, ancaq hicab olmaz????? Bura…
  4. Oct 7, 2026⚡️⚡️⚡️ Məktəb Direktorlarının qruplarda paylaşımı. Hörmətli valideynlər! Uşaqlarımızın mək…
  5. Oct 7, 2026🔯 Azadlıq Radiosu: Azərbaycanın sionist rejimlə olan siyasəti Türkiyədə niyə qıcıq doğuru…
  6. Oct 7, 2026#paylaşın #Hicabaazadlıq #Epşteyn_alyansı ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →