🔠İran Kəşfiyyat Nazirliyi Kerman əyalətində dörd təxribat şəbəkəsinin dağıdıldığını elan etdi.
İran Kəşfiyyat Nazirliyinin Kerman əyalət idarəsinin əməkdaşları ABŞ və İsraillə əlaqəli dörd mütəşəkkil təxribat şəbəkəsini dağıdıblar. Nazirlik bildirib ki, bu qrupların otuz bir üzvü Sircan şəhərində saxlanılıb.
İran kəşfiyyatının məlumatına görə, saxlanılanlar kütləvi iğtişaşlar təşkil etmək üçün gəncləri cəlb edir, Molotov kokteyli istehsal edir və şəhər müşahidə kameralarını söndürmək üçün xüsusi qurğular hazırlayırdılar.
İran Kəşfiyyat Nazirliyinin açıqlamasında həmçinin qeyd olunur ki, bu şəbəkələrin üzvləri əvvəllər 2026-cı ilin yanvar ayında zorakı hücumlarda və qırğınlarda, o cümlədən inzibati binaların və bankların yandırılmasında, dövlət və özəl əmlakın dağıdılmasında və odlu silahların ələ keçirilməsi üçün polis bölmələrinə hücumlarda iştirak ediblər.
#İran
#Haqqla_batilin_müharibəsi
#Epşteyn_alyansı
➡️Geosiyasi və regional xəbərləri
🇦🇿 Qızılbaş TV də izləyin
Post #80901
142

- 👍 6
- ❤ 1