HİZBULLAHIN ƏSAS DAYAĞI İSLAMA İMANDIR. İSLAM DÖVLƏTİNİN QURULMASI
Güclü bir siyasi təşkilatın aydın bir proqramı, çox möhkəm dəyərlər sistemi və ideoloji məzmunu olmalıdır. İnsanlar nəyə səs verdiklərini, niyə ona qoşulduqlarını, nəyə can atdıqlarını, nələrə nail olmaq istədiklərini başa düşməlidirlər. Hizbullah bütün bu suallara cavab verir, çünki İslam dininə əsaslanır. Hizbullah üzvü (müsəlman) tərəfindən yerinə yetirilməli olan bəzi məqamları aşağıda gətiririk.
⁃ Allaha inam - dini hökmlərə əməl etmək və İslamın qadağan etdiyi hər şeydən çəkinmək;
⁃ İbadət -bir möminin Rəbbi ilə əlaqələrini inkişaf etdirmək üçün bir vasitədir;
⁃ İntizam- öz üzərində gündəlik işdir, səbir və öz pislikləri ilə mübarizədir;
⁃ Müsəlmanlara qayğı.- burada Hizbullah üzvlərinin dünyadakı iman qardaşlarının taleyinə maraq göstərmələrindən bəhs edirik. Beləliklə, Hizbullah gənci bu təfəkkür əsasında suriyalılara, fələstinlilərə, yəmənlilərə, iraqlılara və s. kömək əlini uzadır.
⁃ Allah üçün cihad - yalnız silahların köməyi ilə deyil (burda məqsəd kiçik cihaddır – böyük cihad olan nəfslə mübarizədən söhbət getmir. ), həm də qəlb, pul, söz vasitəsi ilə həyata keçirilməlidir;
⁃ İslam iqtisadiyyatı - müvafiq vergi metodları, İslami borclar, halal pullar, sələmçilikdən yayınma və s. nəzərdə tutulur;
⁃ Ümumi ictiami məsuliyyət
⁃ Ağıldan istifadə etmək, tənqidi düşünmək;
⁃ Ünsiyyət – Kimsəni zor gücünə məcbur etmədən etiqadını yaymaq.
⁃ Ədalət- Hizbullah üzvü ilk növbədə ədalətə güvənərək addım atır. Əsas məqsədi iyrənc qanunsuzluq və özbaşınalığa qarşı mübarizədir. Ənənəni qoruyar, yaxşılığı cəmiyyətdə yayır və pisliklərlə qarşılaşanda onu kökündən qazıb çıxarar.
Bir İslam dövlətinin yaradılmasına gəlincə, Hizbullah ziyalıları nəzəriyyə ilə praktiki tətbiqetmə arasında bir-birindən açıq şəkildə fərq qoyurlar. Nəzəri səviyyədə, əlbəttə ki, İslam dövləti (İran kimi) əsas hədəf, insan xoşbəxtliyinin ən yüksək təcəssümüdür. Ancaq Hizbullah praktik səviyyədə belə bir qlobal layihənin lazımi bir təməl tələb etdiyini qəbul edir. Bu gün hələlik Livanda bu şərait yoxdur. Və burada azad ictimai seçimdən danışırıq. Cəmiyyət buna yetişməsə Hizbullah məcbur etmək, aqressiv hərəkət etmək fikrində deyil. Hizbullah xalqa öz ideoloji mesajını çatdırır və öz mövqeyini elan etməklə kifayətlənir. Bundan əlavə, Hizbullah bu layihənin başqalarından daha yaxşı olduğunu sübut edərək yalnız əməlləri ilə insanları cəlb edə bilər. Hizbullah, qızğın bir xaos və böhran okeanı ortasında bir sabitlik adasıdır. Bu, Hizbullah ilə qondarma İŞİD və digər təkfirçi totalitar məzhəblər arasındakı mühüm və əsas fərqlərdən biridir.
Yeri gəlmişkən, bir neçə on il ərzində Hizbullah işğala müqavimət göstərən bir qrup fəal gəncdən artıq xalqın rəğbətlə rəy verdiyi tam hüquqlu bir siyasi gücə çevrildi. Deməli, hər şey plana uyğun gedir.
İndi aydın oldu Hizbullah fikrindən niyə belə qorxurlar? Böhtan atırlar, yalanlar danışırlar!
(Şeyx Nəim Qasimin "Hizbullah: İçəridən bir baxış" kitabına əsasən)
https://t.me/qaf_simurq
Post #5100
946
- 👍 35
- ❤ 22