Kitabın adı: Rusiya–Ukrayna müharibəsi: Tarix, geosiyasət və gələcəyin müharibəsi
Müəllif: Orxan Məmmədov
Bu müharibə təkcə ərazi uğrunda deyil, tarix və gələcək uğrunda aparılan mübarizədir.
Rusiya–Ukrayna müharibəsi XXI əsrin ən mühüm hərbi-siyasi qarşıdurmalarından biridir. Onun əhəmiyyəti yalnız Rusiya və Ukrayna arasında gedən ərazi mübarizəsi ilə məhdudlaşmır. Bu müharibə postsovet məkanında illər ərzində yığılan ziddiyyətləri üzə çıxarmış, eyni zamanda müasir müharibənin necə dəyişdiyini göstərən böyük bir təcrübəyə çevrilmişdir.
Kitabda Rusiya–Ukrayna qarşıdurması tarixi köklərindən başlayaraq coğrafiya, geosiyasət, iqtisadiyyat, din və kimlik məsələləri kontekstində geniş şəkildə təhlil olunur. Müasir döyüş meydanında dronlar, süni intellekt, elektron və informasiya müharibəsi, sənaye gücü və ictimai dözümlülük kimi amillərin rolu ayrıca araşdırılır.
Əsər Ukrayna müharibəsinə yalnız bu günkü qarşıdurma kimi deyil, keçmişin müharibə üsulları ilə gələcəyin hərbi texnologiyalarının qarşılaşdığı böyük bir dönüş nöqtəsi kimi yanaşır.
AZƏRBAYCAN ARAŞDIRMA MƏRKƏZİ
Post #5045
738