Bu ilk dəfə paradda qarşımıza çıxan CWS-30GD Viking hava müdafiə sistemidir.
CSG ilə bərabər oda Azərbaycanda yığılacaq.
Üzərində 30mm SK30 topu və 12.7mm Canik M2 plemyotu yerləşir yerləşir.
Əsas topun atış məsafəsi hava hədəflərinə 2500 metr, yerüstü hədəflərə 4000 metr. Canik atış məsafəsi yerüstü hədəflərə 1800 metr.
Vikingdə silahın fəaliyyəti ayrıca radar və elektro-optik sistemlərlə dəstəklənir. ADR-4005 radarının 360 dərəcə müşahidə və hədəf təyinetmə funksiyası, COAPS-L elektro-optik sisteminin isə ayrıca aşkarlama və tuşlama kanalı olduğu bildirilir.
Buna görə Sk30 sadəcə optik nişangahla işləyən klassik zenit topu deyil, daha geniş inteqrasiya olunmuş qısa mənzilli hava hücumundan müdafiə kompleksinin bir hissəsidir.
Qüllə üzərindəki raket konteynerlərinə nə yerləşdiriləcəyi ilə bağlı qərar verilməyib. Böyük ehtimal lazer tuşlamalı nəsə olacaq.
Bundan başqa aldığım məlumata görə Viking sisteminin arxa hissəsində dron əleyhinə dronların vertikal qalxış platforması üzərində iş gedir.
Post #46473
1.15K




- 🔥 30
- ❤ 6