Hüquqi və dünyəvi ölkələrdə baş örtüyü və bu kimi mövzular qadağan edilmir. Əslində hüquqi dövlət anlayışı tələb edir ki, vətəndaşın etiqad azadlığı qorunsun. Azərbaycanda tam əksinədir, illərdir ki, "dünyəvi dövlətik" bəhanəsilə ölkədə etiqad və vicdan azadlığı pozulur. Ən azı 30 ildir, rejim xalqın mənəviyyatına əl uzadır, xalqı təhqir edir. Son günlər isə rejimin etdikləri azğınlıq həddini aşıb. Çox sayli problemlər ölkəni ağuşuna aldığı zaman, saxta hakimiyyət niyə daha sərt davranış göstərir və xalqı ayaqlandıracaq qədər təhrik edir - sualı düşündürür. Məncə, bir neçə aspektdən bu sualı cavablandırmaq olar;
1. Saxta hakimiyyət bu qədər zülm və işgəncədən sonra hələ də xalqın iradəsinin qırıldığını düşünmür və istəyir ki, xalqı alçaltsın, istədiyi formada ram eləsin. Heç bir iqtisadi məhdudiyyət xalqı tam sındıra bilməyib və bilməz. Məhbus siyahıları göstərir ki, müxtəlif məhdudiyyətlər fiziki yoxluğu sürətləndirsə də, mənəvi təkamülə də xidmət edir. Ölkədə əxlaqsız mühitin yaranması da bu məsələyə xidmət edir.
2. Xalqı hakimiyyət və İlham Əliyev ətrafında birləşdirmək cəhdi də ola bilər. Yarıtmaz siyasətin həll edilməz fəsadları rejimin istefasını zəruri edən əsas səbəbdir. Bu səbəbi deaktiv etmək üçün sünii qəhrəmanlığa ehtiyac duyan saxta rejim baş örtük qadağasını bir qədər şişirdəndən sonra, İlahım müdaxiləsi nəticəsində bir sərəncam yaxud fərmanla qadağa həll ediləcək və bununla da İlham müsəlmanların "dostu" olacaq. Bununla da daha bir müddət rejim mövcudluğunu qoruyacaq.
Əziz xalq, İlham Əliyevi əsas düşündürən məsələ saxta hakimiyyətini qorumaqdır.
Biz nə etməliyik - sualına gəldikdə, xalq milli və dini dəyərlərinə sahib çıxaraq, saxta Əliyev hakimiyyətinin qeyd-şərtsiz getməsinə nail olmalıdır.
Saxta Əliyev rejimi getməlidir!
#Şah_rejimi_getməlidir
#Xalq_qalx_ayağa
#Gələcəyimizi_təmin_edək
Post #3595
152
Kərimə Dövlətinə Doğru Photo
- ❤ 7
- 👍 2
- 👏 2