TGViewer
ixlasla.com ixlasla.com @ixlasla · 1.02K subscribers
Post #4162 868
İmam Əhmədin Möhtəşəm Şüarı

İmam Əhməd (Allah ona rəhm etsin) elm yolunda elə bir ucalığa yetişmişdi ki, o dövrdə artıq hər kəs tərəfindən tanınır və barmaqla göstərilirdi. O, dində imamlıq dərəcəsinə çatmışdı və insanlar dünyanın hər tərəfindən onun yanına axışır, uzun yollar qət edirdilər.

Buna baxmayaraq, İmam Əhməd böyük bir təvazökarlıqla hələ də əlində elmi qeyd etmək üçün mürəkkəbqabı tutur və digər alimlərdən hədis dinləmək üçün elm tələbələri ilə birgə alimlərin dərslərinə yetişmək üçün elm məclislərinə can atırdı.

Onun bu halını görənlər heyrətlə soruşdular:
— "Ey Əbu Abdullah! Sən ki artıq bu məqama çatmısan, nə vaxta qədər bu mürəkkəbqabı ilə elm arxasınca qaçacaqsan?".
O, (Allah ona rəhm etsin) hər bir elm tələbəsi üçün çıraq olacaq o möhtəşəm sözünü dedi:

«مَعَ المِحْبَرَةِ إِلَى المَقْبَرَةِ»
"Mürəkkəbqabı ilə qəbirə qədər!".

Xülasə: Bilməliyik ki, elm ucu-bucağı olmayan bir ibadətdir və bu yolda mənzilə çatmaq deyə bir anlayış yoxdur. Həqiqi elm tələbəsi son nəfəsinə qədər öyrənməyə və özünü təkmilləşdirməyə davam edəndir. Kim "mən artıq elmdə kamilliyə çatmışam" deyərsə, məhz o zaman cəhalətin zirvəsinə addım atmış olar.

📝 Şeyx Saleh əs-Sindinin dərsindən alıntı..

©️ t.me/ixlasla
  • ❤ 4
  • 👍 4
More from @ixlasla
  1. Sep 1, 2026🌟 Qardaşlar üçün Ərəb dili dərslərinə (“Əl-Ərəbiyyə Beynə Yədeyk”) qəbul: Dərslər ərəb di…
  2. Aug 15, 2026📝 Əksər müsəlmanların qafil olduğu əzəmətli dua 🎤 Rəşad Hümbətov ©️ t.me/ixlasla
  3. Jun 8, 2026Səni xilas edəcək tək şey | Şeyx Salih Sindi
  4. Jun 6, 2026Dəyərli, ELM yolu izləyiciləri! 🌟🌟 ​Bu gün sizə elm öyrənmək işimizi, xüsusilə də hər ha…
  5. Jun 5, 2026Səni xilas edəcək tək şey | Şeyx Salih Sindi https://youtu.be/QMTGlLusqvY
  6. Jun 3, 2026Məni geri qaytar! | Şeyx Xalid İsmayıl https://www.youtube.com/shorts/lys-W62jeA8
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →