✅ Mitinqlər, aksiyalar və inqilablar haqqında İslam alimlərinin fətvaları:
1⃣ İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir:
«Bizim içində olduğumuz halımıza səbr etməyimiz, qan tökülən, malların talandığı və namusun tapdalandığı fitnədən daha xeyilidir».
(Xalləlin «Sünnə» kitabı, 1/123)
2⃣ İmam Bərbəhəri (Allah ona rəhmət etsin) demişdir :
« Fitnə baş verərsə, evin bir küncünə çəkil, fitnəyə yaxın olmaqdan və təəssübkeşlikdən uzaq ol. Dünya üçün müsəlmanlar arasında baş verən hər bir savaş fitnədir. Tək olub, şəriki olmayan Allahdan qorx. Fitnə vaxtı nə çıxma, nə vuruşma, nə fitnəyə həvəsli olma, nə insanları təhrik etmə, nə də özün iştirak etməyə həvəs göstərmə. Fitnə ilə əlaqəli heç bir şeyi sevmə».
(Şərh Sünnə, 1/147).
3⃣ Şeyx İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir:
«Küçələrə axışıb qışqırmaq nə islah, nə də dəvət üslubu deyil. Doğru yol rəhbərləri ziyarət edib onlara ən gözəl şəkildə nəsihət etməklə olur. Əmirə və qəbilə başçısına da bu cür nəsihət edilir. Onlara sərt şəkildə, yaxud mitinqlər yolu ilə inkar edilmir. Şübhəsiz ki , belə əməllər həm İslama dəvətə, həm də dəvətçilərə zərər verir, dəvətin yayılmasının qarşısını alır, başçıları dəvətə qarşı düşmənçiliyə vadar edir, gücləri yetən qədər dəvətin qarşısını almağa çalışırlar.
Mitinqlərə çıxanlar öz əməlləri ilə xeyir istəyirlər, lakin istədiklərinin əksi baş verir.
Allaha dəvət edən bir dəvətçinin Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yolu ilə getməsi, dəvətə zərər verən əməllərdən uzaq olmasından daha xeyirlidir».
(İslami araşdırmalar jurnalı, 38/210).
4⃣ Şeyx Muhammad Saleh Useymin (Allah ona rəhmət etsin) demişdir:
«Mitinqlər sonradan ortaya çıxmış əməllərdəndir, nə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zamanında, nə rəşidi xəlifələrin vaxtında, nə də səhabələrin dövründə bu əməl bilinməmişdir.
Həmçinin, mitinqlərin qadağan olmasının səbəblərindən bir də, onların özbaşınalığa (xaosa) və şərə yol açmasıdır. Çünki, mitinqlərdə qapı-pəncərələr sındırılır, qadın-kişi, yaşlı-cavan bir birinə qarışır və orda başqa fəsadlar baş verir.
O ki qaldı onların "dinc mitinqlər" sözünə, bu ola bilsin ki, başlanğıcda, yaxud ilk dəfədə dinc şəkildə başlasın,lakin sonda təxribatla bitir.»
(Cavab Əbhər, 75).
5⃣ - Şeyx Albani (Allah ona rəhmət etsin) belə demişdir:
«Çox təəssüf ki, bəzi islami camaatlar hələ də mitinqlərə çıxırlar və bu əməlin kafirlərin adəti və üslubu olduğundan qafildirlər».
(Zəif hədislər silsiləsi, 14/74).
6⃣- Şeyx Təqiyyuddin Hiləli (Allah ona rəhmət etsin) demişdir:
«İnqilablara mübtəla olmuş milləti şiddətli əzabla müjdələ.
Əgər kimsə, bu inqilabları tərifləyirsə, yaxud, öz ölkəsində baş verməsini təmənna edirsə, o öz millətinə xəyanət edən və xalqının həlak olması üçün çalışan birisidir».
(Təqaddum və Racia, 112).
7⃣- Şeyx Muqbil Vadii (Allah ona rəhmət etsin) 20 il öncə belə demişdir:
«Biz heç vaxt çevirlişlərə, inqilablara çağırmamışıq. Allaha and olsun ki, biz İraqda çevirliş olmağını istəmirik, çünki, bu çevrilişlər, müsəlmanların qanının axıdılmasına səbəb olacaq.
Liviyada da çevirliş istəmirik, çünki bunun zərəri sıravi insanlara toxunacaq.
Biz Suriyada da inqilab istəmirik, çünki bundan zərər çəkən yalnız müsəlmanlar olacaq».
(Fadaih və Nasaih 105-106).
8⃣- Başqa bir yerdə Şeyx Muqbil Vadii (Allah ona rəhmət etsin) belə demişdir:
«Mitinqlər və aksiyalar İslam düşmənlərini təqlid etməkdir».
(412 nömrəli kasetdəki səs yazısından).
9⃣ - Şeyx Saleh Fovzan (Allah onu qorusun) demişdir:
«Dinimiz özbaşınalıq dini deyil. Dinimiz qayda-qanun, intizam və əmin-amanlıq dinidir.
Mitinqlər müsəlmanların əməllərindən deyil, nə də onların bildiyi bir şey deyil. İslam dini rəhmət dinidir, bu dində özbaşınalığa, fitnə yaymağa yer yoxdur. İslam dinində haqları şərii yollarla tələb edirlər.
Amma, bu mitinqlər fitnələr törədir, qan axıdılmasına səbəb olur və insanların mülklərini xarabalığa çevirir. Bunların heç biri icazəli deyil».
(İcəbət Muhimmə, 100).
Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun
https://telegram.me/islamveelm
Post #4104
486