TGViewer
İSLAMIN FƏZİLƏTİ İSLAMIN FƏZİLƏTİ @islamfezileti · 1.42K subscribers
Post #4841 182
Hicab səmalardan nazil olan əmrdir!


Əziz müsəlmanlar!
Qəlbində iman daşıyan bər bir kişi və qadın ilk növbədə bilməlidir ki, uca Allahın Öz Kəlamında buyurduğu hər bir əmr və qadağa insanın xeyri və səadəti üçündür. Uca Allahın yeddi qat səma üzərindən nazil etdiyi müqəddəs əmrlərdən biri də, məhz hicabdır.
Hicab nə bir moda, nə də müəyyən bir cəmiyyətə və xalqa aid olan hər hansı bir geyim tərzi deyil. Hicab uca Allahdan Öz sevimli Peyğəmbərinə nazil etdiyi İlahi bir əmrdir. Diqqət edin. Uca Allah Öz sevimli Peyğəmbərinə belə buyurur:

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلۡمُؤۡمِنِينَ يُدۡنِينَ عَلَيۡهِنَّ مِن جَلَٰبِيبِهِنَّۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يُعۡرَفۡنَ فَلَا يُؤۡذَيۡنَۗ

Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini üzərlərinə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha uyğundur! Əhzab:59

Hicab həddi buluğa çatmış hər bir qız üçün yerinə yetirilməsi lazım olan uca Allahın göstərişidir. Hicab, qadının əsl azadlığının və mənəvi ucalığının bir qalasıdır. Hicaba qarşı çıxmaq və ya ona dil uzatmaq, sadəcə bir geyimə qarşı deyil, əslində insanın inancına və İlahi dəyərə qarşı olan böyük bir hörmətsizlikdir. Hicaba hörmət - Uca Allaha və Onun yeddi qat səma üzərindən nazil etdiyi müqəddəs Kəlamına eyni zamanda hicab geyinən müsəlman xanımların inancına hörmət və dəyərdir
!

✍ Səid Ələkbərov

https://t.me/islamfezileti
Telegram İSLAMIN FƏZİLƏTİ Admin: Mədinə İslam Universitetinin məzunu Səid Ələkbərov https://t.me/islaminfezileti
  • 👍 9
  • ❤ 3
  • 💯 2
More from @islamfezileti
  1. Oct 17, 2026https://t.me/islamfezileti
  2. Oct 17, 2026Müsəlman hər halında duaya sarılmalıdır! https://t.me/islamfezileti
  3. Oct 17, 2026https://t.me/islamfezileti
  4. Oct 15, 2026Dörd qayda | Səid Ələkbərov https://youtube.com/watch?v=o1Ax1eJGyu0&si=88JSnslfOuzU0wyk
  5. Oct 9, 2026https://youtu.be/g2hHKHTLJMA?si=n7md91vWxZif12_Z
  6. Oct 7, 2026Dərs başlayır https://t.me/islamfezileti?livestream=77d1258c855ee81a5e
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →