🔥 Burada xüsusi vurğulanmalı məqamlardan biri də İranın regional münaqişələrdən strateji divident qazanmaq bacarığıdır.
Tehran bir çox hallarda rəqiblərinin zəiflədilməsi və ya neytrallaşdırılması üçün digər aktorların, xüsusilə də ABŞ-nin hərbi gücündən "proksi" vasitə kimi istifadə etməyi bacarıb. Bu kontekstdə İraq və Əfqanıstan nümunələrinə nəzər yetirməliyik.
1990-cı illərin sonlarında Taliban İran üçün ekzistensial təhlükə idi. 1998-ci ildə Məzari-Şərifdə İran diplomatlarının qətlə yetirilməsi tərəfləri açıq müharibə həddinə gətirmişdi. Lakin 2001-ci ildə ABŞ-nin Əfqanıstana müdaxiləsi və Talibanın hakimiyyətdən uzaqlaşdırılması İranın şərq sərhədindəki bu böyük təhdidi faktiki olaraq aradan qaldırdı.
Oxşar dinamika İraqda da təkrarlandı. 2003-cü ildə ABŞ-nin müdaxiləsi nəticəsində Səddam Hüseyn rejimi və BƏƏS dövlət strukturu məhv edildi. İranın onilliklər boyu qarşısında duran ən böyük regional rəqiblərdən biri siyasi səhnədən silindi.
Beləliklə, 11 sentyabr hücumlarından sonra Vaşinqtonun apardığı hər iki genişmiqyaslı müharibə, paradoksal olsa da, Tehran üçün misilsiz strateji üstünlüklər və manevr imkanları yaratdı.
- Nəsir Ağayev | @CaucasianLive
Post #2298
510
Forwarded from Caucasian Live
- 👍 5
- 🔥 1