🇮🇷 İran mövzusuna qayıdası olsaq... Mövcud qarşıdurmanın mahiyyətini dərk etmək üçün ilk növbədə İslam Respublikasının təsisolunma məntiqinə nəzər salmaq lazımdır. 1979-cu il inqilabını yalnız dini və ya ideoloji bir fenomen kimi təqdim etmək hadisəyə kifayət qədər səthi yanaşmaqdır.
İran tarixində mərkəzi hakimiyyətin zəiflədiyi hər dövrdə ölkənin etnik və regional parçalanma riski qabarıq şəkildə özünü büruzə verib. Şah rejiminin süqutu ərəfəsində də alternativ yollar axtaran qüvvələr olduqca çox idi: solçu-marksist təşkilatlar, millətçi hərəkatlar, liberal qruplar və dini çevrələr aktiv fəaliyyət göstərirdi. Hətta o dövrdə İranın sovet tipli sosialist modelə keçidi belə real ehtimallar arasında müzakirə olunurdu.
📹Lakin dövlət aparatının nüvəsi üçün məsələ sadəcə ideoloji seçim deyil, dövlətin bütövlüyünü qorumaq idi. İran elitası yaxşı dərk edirdi ki, mərkəzi hakimiyyətin zəifləməsi ölkənin dağılması ilə nəticələnə bilər. Buna görə də prioritet məsələ yeni bir ideologiya yaratmaqdan çox, dövlətin unitar strukturunu qoruyub saxlayacaq və cəmiyyətin bütün təbəqələrini vahid mərkəz ətrafında birləşdirəcək effektiv bir siyasi modelin tapılması idi.
- Nəsir Ağayev | @CaucasianLive
Post #2292
284
