🕚 Son onilliklərdə beynəlxalq münasibətlər barədə rəy formalaşdıran akademik çevrələr, media qurumları və özünü ekspert kimi təqdim edənlərin böyük hissəsi elementar bir həqiqətdən uzaqlaşıb: Realpolitik anlayışı sanki siyasi lüğətdən silinib.
Milli maraqlar, güc balansı, məcburetmə, çəkindirmə və təsir dairəsi kimi real anlayışların yerini emosional ritorika, ideoloji yanaşmalar və şüarçılıq tutub. Bu yanaşma kütlələr üçün cəlbedici görünsə də, dövlət mexanizminin real işləmə prinsiplərini izah etməkdə acizdir.
Bu günə qədər geniş yayılmış səhv qənaətlərdən biri də "sərt güc" (hard power) siyasətinin əhəmiyyətini itirməsi və dövlətlərin yalnız beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə məhkum olması ilə bağlıdır. Halbuki praktika bunun tam əksini sübut edir. İkinci Dünya müharibəsindən sonra yalnız terminlər və üslublar dəyişib, mahiyyət isə eyni qalıb: güc, təzyiq, qorxutma, iqtisadi boğma, infrastrukturun sıradan çıxarılması, proksi qüvvələr, sosial dayaqların məhv edilməsi kimi yanaşmalar hələ də siyasətin tam mərkəzindədir.
Sadəcə, bu fəaliyyətlər artıq "təhlükəsizlik", "stabilləşdirmə", "məhdud müdaxilə" və ya "humanitar narahatlıq" kimi "sehrli" sözlərlə təqdim edilir.
👨⚖️ Həm cəmiyyətlər, həm də bir çox siyasətçilər məhz bu nöqtədə reallıqdan qopublar. Beynəlxalq münasibətlərdə güc amilinin həlledici rolunu qəbul etmək əvəzinə, onlar hüquqi terminologiyanın və ideoloji simpatiyaların labirintində ilişib qalıblar.
- Nəsir Ağayev | @CaucasianLive
Post #2290
271
