🇮🇷🇺🇸🇮🇱 İran-ABŞ və İsrail arasındakı qarşıdurmanın mahiyyətini anlamaq üçün əvvəlcə iki əsas suala cavab vermək lazımdır: bu qarşıdurma niyə başladı və tərəflərin strateji məqsədləri nədir?
İlk olaraq vurğulamaq lazımdır ki, hərbi əməliyyatlara baxmayaraq, diplomatik proseslərin tamamilə dayandığını düşünmək yanlış olar. Müxtəlif gizli və ya yarı-rəsmi kanallar vasitəsilə təmasların davam etməsi hər zaman mümkündür. Çünki ABŞ Prezidenti Donald Tramp kimi fiqurlar müharibəni bir məqsəd və ya yekun nəticə deyil, diplomatiyanın sərt forması və davamı kimi görürlər.
💭 Trampın siyasi refleksləri ABŞ tarixindəki "realist məktəbin" nümayəndələrini xatırladır. Onu bu mənada Vilyam Mak-Kinli və Teodor Ruzvelt kimi liderlərlə müqayisə etmək olar.
Onların siyasi fəlsəfəsində müharibə və diplomatiya bir-birinə zidd anlayışlar deyil, əksinə, bir-birini tamamlayan alətlərdir. Diplomatiya nəticə vermədikdə müharibə vasitəyə çevrilir, hərbi güc müəyyən nəticəni təmin etdikdə isə yenidən diplomatiya masasına qayıdılır. Beynəlxalq siyasətin işləmə mexanizmi məhz bu dinamik balans üzərində qurulub və bunu görməmək reallığı inkar etməkdir.
- Nəsir Ağayev | @CaucasianLive
Post #2289
291
Forwarded from Caucasian Live
- 👍 7
- 🔥 2