Şəhid Avinidən soruşdular:
-Şəhidlər hansı xüsusiyyətinə görə bu məqama çatdılar?
Dedi:
- Bir nəfəri gördüm, isti havalarda ön cəbhədə 3 gün oruc tuturdu. Hər nə qədər sual etsəm də ki, qardaş, müstəhəbbi orucdur, bu şəraitdə tutmaq vacib deyil, niyə özünü əziyyətə salırsan? Cavab vermədi.
Şəhid olduqdan sonra xatirə dəftərini vərəqləyirdim, yazmışdı ki, yaxşı, cənab Məcid, bir alma artıq yedin, 3 gün oruc tutmaqla cərimələnirsən. Üsyankar nəfsini cilovlamaq üçün oruc tut....!
Post #7695
145

- 😢 11
- ❤ 1