TGViewer
Channel ✦ Verified Channel
Azərbaycan iqtisadiyyatı

Azərbaycan iqtisadiyyatı

@economy_az

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı.

Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru, ingilis dilində “Economy of Azerbaijan” versiyası ilə isə @economy_azen ünvanında tanış olmaq mümkündür.
Subscribers
4.08K
Photos
11.6K
Videos
2.5K
Links
7K
Recent Posts 20 shown
Post #30262 29
2025-ci ilin təkrar mənzil bazarı təhlil edilib

🟦“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən təkrar mənzil bazarında müşahidə olunan əsas trendləri və bazar dinamikasını müəyyən etmək məqsədilə 2025-ci ili əhatə edən geniş təhlil (Təkrar mənzil bazarının təhlili) aparılıb. 

🟦Aparılan təhlil notariuslar tərəfindən təsdiqlənərək daşınmaz əmlakın dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditləşməsi məbləğləri, mənzillərin yerləşdiyi mərtəbə və binaların xüsusiyyətləri (otaq sayı, kvadratmetr, qiymət və s.) kimi məlumatlar əsasında aparılıb. Eyni zamanda coğrafi olaraq Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri və Gəncə şəhəri ayrı-ayrılıqda təhlil edilib, digər rayon və şəhərlər isə bir başlıq altında qiymətləndirilib. Mənzillərin yerləşdiyi binalar tikilmə dövrünə görə 1920-ci ilə qədər, 1920–1991-ci illər və 1992-ci ildən sonrakı dövrlərə ayrılıb, otaq sayına görə isə 1-dən 5 və daha çox otaqlı olmaqla 6 qrup üzrə təsnifatlaşdırılıb. Təhlildə alıcıların hüquqi statusu, cinsiyyəti, yaşa görə bölgüsü üzrə statistika da əks olunub. 

🟦Qeyd edək ki, ötən il ərzində təkrar mənzil bazarında ölkə üzrə 41.606 mənzilin alqı-satqısı aparılıb. Təkrar mənzil bazarında qeydiyyatı aparılan yeni tikililər 21.629 (52%) olmaqla lider mövqedədir. İkinci sırada 18.865 sayla (45,3%) Sovet dövründə tikilən mənzillər, 3-cü sırada isə 1.112 sayla (2,7%) Sovet dövründən əvvəl tikilən mənzillər qərarlaşıb.

🟦Ölkə üzrə təkrar mənzil bazarında qeydə alınan 41.606 əqdin böyük hissəsi paytaxtın payına düşüb. Belə ki, Bakı şəhərində 25.031 alqı-satqı əqdi rəsmiləşdirilib. Regionlar arasında isə aktivlik Abşeron rayonunda (6.054 əqd), Sumqayıt şəhərində (3.838 əqd) və Gəncə şəhərində (2.202 əqd) müşahidə olunub. Digər şəhər və rayonların payına isə ümumilikdə 4.481 əqd düşüb.

ℹ️ Məlumat üçün: Təkrar mənzil bazarı dedikdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və daha sonra notarial əqdlərlə satılmış mənzillər əsas götürülür. Tikinti şirkətlərinin və ya mənzil-tikinti kooperativlərinin dövlət reyestrində qeydiyyatı olmadan pay satışı və ya üzvlüyə qəbul üsulu ilə apardığı əməliyyatlar təkrar bazarın predmeti hesab edilmir və təhlildə nəzərə alınmayıb.

🟦Sözügedən təhlilin məhz 2025-ci ili əhatə etməsi bu məqsədlə hazırlanmış elektron sistemin həmin ildən etibarən fəaliyyətə başlaması ilə əlaqədardır. Bu da təkrar mənzil bazarındakı dinamikanı daha dəqiq və əhatəli qiymətləndirməyə imkan verib. Qeyd edək ki, yaxın dövr ərzində təkrar mənzil bazarına dair 2026-cı ilin ilk yarısını əhatə edən təhlil xarakterli məlumatın da açıqlanması nəzərdə tutulur.
Post #30261 57
Bakıda payız beynəlxalq sərgilər mövsümü başlayır

🟦Bakıda müvafiq dövlət qurumlarının dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı ilə beynəlxalq sərgilərin payız mövsümü başlayır.

🟦“Caspian Event Organisers”dən verilən məlumata görə, sərgi proqramı dövlət sektorunun, biznesin və ekspertlərin nümayəndələrini bir araya gətirərək investisiyaların cəlb edilməsi, texnologiyaların transferi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformaya çevriləcək.
Mövsümü 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX 2026” açacaq. Bu sərgi ilə paralel olaraq 15-ci Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Vasitələri Sərgisi “Securex Caspian” da baş tutacaq. Bu il “ADEX” 5-ci pavilyonun cəlb edilməsi hesabına ekspozisiya sahəsinin rekord həddə genişlənməsini nümayiş etdirəcək, 4-cü pavilyon isə tamamilə Azərbaycanın müdafiə sənayesi potensialının nümayişinə həsr olunacaq. Tədbirdə 29 ölkədən 270-dən çox şirkət və 40-dan çox rəsmi nümayəndə heyəti iştirak edəcək.

🟦14–16 oktyabr tarixlərində proqramı “BakuBuild”, “Rebuild Garabagh”, “Aquatherm Baku” və “Plastex Caspian” sərgilərini birləşdirən Xəzər Tikinti Həftəsi və 14-cü Beynəlxalq “Road & Traffic” sərgisi davam etdirəcək. Azərbaycanda elan olunan “Şəhərsalma və memarlıq ili” çərçivəsində 200-dən çox iştirakçı Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafı layihələrinə xüsusi diqqət yetirməklə innovativ materiallar, mühəndislik sistemləri və nəqliyyat infrastrukturu üçün həllər nümayiş etdirəcək.

🟦Payız mövsümünə 26–28 noyabr tarixlərində “Baku Crystal Hall”da Bakının “Dünyanın idman paytaxtı 2026” statusuna layiq görülməsinə həsr olunan “ExpoSport Azerbaijan” sərgisinin debütü yekun vuracaq. Tədbir idman sənayesinin əsas istiqamətlərini — obyektlərin tikintisindən və idman təbabətindən tutmuş kiberidman və idman turizminədək əhatə edərək B2B danışıqlar, interaktiv nümayişlər və yarışlar üçün şərait yaradacaq. Bu sərgilərin keçirilməsi xidmət sahəsini, mehmanxana sektorunu və nəqliyyat infrastrukturunu stimullaşdırmaqla ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.
Post #30258 149
Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

Cari ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında artım dinamikası davam edib. Hesabat dövründə ölkədə 87,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunması iqtisadi fəallığın və real sektorun inkişafının davam etdiyini göstərir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. İqtisadiyyatın əlavə dəyər potensialının formalaşmasında qeyri-neft-qaz sektoru yenə də əsas drayver rolunu oynayıb.

▶️ Ətraflı: vergiler.az
Post #30257 156
İxracatçılara kompensasiya veriləcək
Post #30256 160
🇦🇿🇴🇲 Omanın RIYADA təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, RIYADA-nın sədri Halima Al Zarinin rəhbərlik etdiyi heyət KOB evində sahibkarlara xidmətin göstərilməsi üçün yaradılan şəraitlə yaxından tanış olub, “G2B” və “B2B” xidmətlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıb. Nümayəndə heyətinə məlumat verilib ki, KOB evlərində sahibkarlara müxtəlif dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim olunması onların vaxtına və əməliyyat xərclərinə qənaət etməyə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan verir. Hazırda KOB evləri Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox “G2B” və 13 özəl təşkilat tərəfindən 160 “B2B” xidmət təqdim olunur.

Həmçinin RIYADA nümayəndə heyəti KOBİA-nin rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı və dövlət dəstəyi alətləri barədə məlumat verilib, KOB-ların inkişafı üzrə həyata keçirilən siyasət və təcrübə, eləcə də KOB sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Post #30255 131
🇦🇿🇵🇰 Azərbaycanın turizm imkanları Pakistan turizm sənayesinə təqdim olunub

🟦Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən 15-19 sentyabr tarixlərində Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində keçirilən silsilə tədbirlərdə Azərbaycanın turizm imkanları təqdim olunub.

🟦Tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC (AZAL), üç yerli turizm sənayesi nümayəndəsi, həmçinin Pakistanın “Pakistan International Airlines” (PIA) və “Airblue” aviaşirkətləri təmsil olunub. Görüşlərdə Pakistan turizm sektorunun 360-dan çox nümayəndəsi iştirak edib.

🟦Proqram çərçivəsində Azərbaycanın tarixi və mədəni irsi, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq və ekoturizm imkanları barədə məlumat verilib.

🟦Bundan əlavə, Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı elan edilməsi ilə bağlı təqdimat keçirilib.

🟦Azərbaycan və Pakistan turizm sənayesi nümayəndələri arasında keçirilən işgüzar görüşlərdə iki ölkənin turizm sektorları arasında əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə olunub.
Post #30254 132
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq

Oktyabrın 2-də Türkiyənin Ərzurum vilayətində Zəngəzur dəhlizinin Anadolunun şərqində yerləşən vilayətlərin inkişafına töhfəsi mövzusunda müzakirələr keçiriləcək.

Türkiyənin bir sıra iri sənaye şirkətləri və investisiya firmalarının nümayəndələrinin iştirakı ilə keçiriləcək müzakirələrin təşəbbüskarı Ərzurum İnkişaf Fondudur (ER-VAK).

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni marşrutun regiona iqtisadi-ticari və strateji təsiri hərtərəfli müzakirə olunacaq.
Ərzurum və ona bitişik vilayətlərin biznes ictimaiyyətinin nümayəndələri yeni nəqliyyat-logistika marşrutunun Türkiyə üçün yaratdığı imkanları nəzərdən keçirəcəklər.

AZƏRTAC
Post #30253 118
İqtisadi icmal (14 -20 sentyabr 2026-cı il)
Post #30252 181
🔤🔤🔤🔤🔤

Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

İqtisadiyyat nazirinin müavini Anar Axundov Goranboy şəhərində Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətə uyğun olaraq özəl sektorun daha da gücləndirilməsi, sahibkarların investisiya və istehsal fəaliyyətinin təşviqi, regionlarda iqtisadi fəallığın artırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir. Bu istiqamətdə yeni mexanizmlər tətbiq olunur. Sahibkarlar yaradılmış əlverişli biznes mühitindən səmərəli şəkildə yararlanmağa, yeni təşəbbüslərini reallaşdırmağa dəvət olunublar.

▶️ Ətraflı: vergiler.az
Post #30251 139
📊 Asfaltın istehsal həcmində artım var

🟦Bu ilin yanvar-avqust aylarında ölkədə 100,5 min ton asfalt istehsal edilib.

🟦Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 1,9 dəfə artıb.
Post #30250 154
Yanvar-avqust aylarında 1,5 milyard manatdan çox müavinət və təqaüd ödənilib

Bu ilin yanvar-avqust aylarında 1,1 milyon şəxsə 1,503 milyard manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Onlardan:

🔵515 min nəfərə müavinət olaraq 844 milyon manat,

🔵406 min nəfərə Prezident təqaüdü olaraq 542 milyon manat,

🔵179 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 117 milyon manat
ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 11 faiz, təqaüdlər üzrə 12 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 5 faiz çox olub.

Bu ilin 8 ayında daha 98 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 977 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

📌 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Post #30249 146
📊 Alüminium məmulatlarının ixrac göstəriciləri necədir?

🟦Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən dəyəri 188 milyon ABŞ dollarına yaxın 53,4 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

🟦Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 40,3 faiz, həcm olaraq isə 12,4 faiz çoxdur.

🟦Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18,8 faiz üstələyir. Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 7,37 faizə bərabər olub.
Post #30248 147
Yanvar-avqust aylarında əhaliyə 10,5 milyard manatlıq ödənişli xidmətlər göstərilib

🟦2026-cı ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 faiz artaraq 10 551,4 milyon manat olub.

🟦Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 7 938,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib.

🟦Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 1 027,3 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 120 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Post #30247 147
🇦🇿🇷🇴 Rumıniya ilə ticarət dövriyyəsində müsbət dinamika davam edir

🟦Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 30,3 faiz artaraq 649,5 milyon dolları üstələyib.

🟦Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 1,95 faiz təşkil edib.

▶️ Mənbə: Dövlət Gömrük Komitəsi
Older posts →

About this channel

How can I read @economy_az without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Azərbaycan iqtisadiyyatı: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Azərbaycan iqtisadiyyatı have?
Azərbaycan iqtisadiyyatı (@economy_az) has 4.08K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Azərbaycan iqtisadiyyatı know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →