TGViewer
Baku TV Baku TV @bakutvxeber · 26.2K subscribers
Post #135946 492
Bu gün Füzuli şəhəri günüdür
Füzuli şəhərinin erməni işğalından azad olunmasından 6 il keçir


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi.

Bundan bir ay sonra, 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırıldı. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd edilir.

Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib. Azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, bu gün Füzulidə də böyük quruculuq və abadlıq işləri aparılır.

Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə ən müasir səviyyədə inşa edilib və istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir.

Əbədi qürur və iftixar mənbəyimiz olan tarixi Zəfərimizin nəticəsi olaraq artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar. Yenidən qurulan, dirçələn Füzuli şəhərinə həyat yenidən qayıdır.

@bakutvxeber
  • 👍 2
  • 🎉 2
More from @bakutvxeber
  1. Oct 16, 2026Soltanağa Nəhmət oğlu Bayramov 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində a…
  2. Oct 16, 202644 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonas…
  3. Oct 16, 2026Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddələrin keçirilməsinə cəhd etdilər - 24 SAAT Can…
  4. Oct 16, 2026Ermənistanın Amasiya kəndində Azərbaycan irsinin izləri | Kəndin keçmişi hansı faktları üz…
  5. Oct 16, 2026“Bu dövrdə kim anasına baxır?!” | “Atasını güllələdilər, qayınanam da 114 yaşında...” - O…
  6. Oct 16, 2026Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR Canlı: https://youtu.be/408aTS…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →