⚠️ Gədəbəydə sərxoş sürücünün törətdiyi qəzada həyat yoldaşı ölüb
Oktyabrın 13-də saat 22:00 radələrində Gədəbəy rayonunun Çanaqçı kəndində “VAZ” markalı avtomobil aşıb. BDYPİ-nin məlumatına görə, rayon sakini Şükür Ələkbərov şənlikdə spirtli içki qəbul etdikdən sonra avtomobili idarə edib.
Qəza nəticəsində sürücünün həyat yoldaşı hadisə yerində ölüb, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
@bakutvxeber
Post #135830
665
- ❤ 1
- 👍 1